Rusiyada mitinq! – Bu, Putin hakimiyyətinin istefasına səbəb ola bilər? - İşartılar görünür!
Rusiyada mitinq! – Bu, Putin hakimiyyətinin istefasına səbəb ola bilər? - İşartılar görünür!
Yusif Nəzərli
14:29 21.09.2022
Siyasət
610
Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.
Müharibə əleyhdarları isə qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər. Etiraz aksiyalarının təşkilatçısı “Vesna” Gənclər Hərəkatıdır.
Fəallar vətəndaşları bu gün, sentyabrın 21-də Moskva vaxtı ilə 19:00-da (Bakı vaxtilə 20.00-da) yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı “Məzarlaşmağa yox” adlandırıblar.
Məsələyə münasibət bildirən siyasi şərhçi Fuad Abbasov “Sherg.az”a bildirib ki, mitinqlər Putin hakimiyyətinin istefasına səbəb ola bilər:
“Rusiyada fevralın 24-dən bu yana müharibə əlehdarlarına qarşı ciddi müdaxilələr edilir. Hətta yekun qanunlarla müharibə sözünü dilə gətirənlərə 30 min rubl, savaşa qarşı çıxanlara 300 min rubl (səlahiyətli şəxslərə həbs cəzası ) cərimə kəsilməyə başlanıldı. Putin hakimiyyəti döyüşməyə qarşı olanlara, diktaturaya xas cərimələr tətbiq edir.
Buna rəğmən Rusiyanın bir çox şəhərlərində hərbi komissarlıqların yandırılması və mitinqlərin baş tutması müharibə əlehdarlarının qorxmadığını göstərir. Onlar kiminsə xahişi və göstəriş üçün deyil, doğrudan da savaşa qarşı çıxırlar. Buna görə də Vladimir Putin qismən səfərbərlik elan etdi.
Qismən səfərbərlik açıq müharibə elan etməyə icazə vermir. Ukraynaya qarşı müharibənin tam başlanması üçün gərək ümümi səfəbərlik elan olunsun.
Bununla Putin özünü sığortalayaraq müharibə yox, hərbi əmaliyyatlar apardığını deyir. Mitinqlərin qarşısı alınmadığı təqdirdə gedişat iqtidarın istefasına gətirib çıxara bilər.
Ukranyadakı əməliyyatların müvəffəqiyyətsizliyinin cəzası birbaşa Putin iqtidarına kəsiləcək. Bunun işartıları bugünkü aksiyalarda artıq özünü göstərməyə başlayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm