Rusiyanı dayandırmağın yolları tapılmalıdır
Yusif Nəzərli
01:30 28.09.2022
Siyasət
451
“Vaşinqton və London Kremlə açıq şəkildə deməlidir ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq”
Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev dövlət başçısı Vladimir Putinin qismən səfərbərlik elan etdiyi zaman səsləndirdiyi təhdidlərin detallarından danışıb. Medvedyev dolayı yolla vurğulayıb ki, Rusiya hakimiyyəti Qərbi nüvə silahı ilə təhdid etməkdə davam edir. Medvedyev deyib ki, Ukrayna ərazilərinin bir hissəsi qarşıdakı "referendum"ların əsasında Rusiyanın tərkibinə qatılacaq, onların müdafiəsi Rusiya ordusunun qüvvələri ilə gücləndiriləcək. Bir çox KİV-lər ismarıcın nüvə silahının tətbiqinə aid olduğuna diqqət çəkiblər: "Rusiya elan edib ki, bu cür müdafiə üçün təkcə səfərbərlik imkanlarından deyil, Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə və yeni prinsiplər əsasında silahdan istifadə edilə bilər". Medvedyev həmçinin NATO-ya Rusiyanı Krıma zərbə endirməklə təhdid etməməyə çağırıb. Öz növbəsində isə ABŞ və Avropa İttifaqını hipersəsli silahla təhdid edib. Medvedyevin təhdidləri Rusiya prezidentinin 21 sentyabr 2022-ci ildə Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik haqqında elan etdiyi zaman analoji təhdidlərlə üst-üstə düşür. Kreml rəhbəri də ABŞ və Avropanı Ukraynanı müharibənin Rusiya ərazisinə keçməsinə sövq etməkdə ittiham etmişdi. Putinin fikrinə görə, Qərb Rusiyanın suverenliyinin tamamilə itirilməsinə cəhd göstərir: "Nüvə şantajı da işə salınıb. Söhbət NATO dövlətlərinin bəzi yüksək vəzifəli şəxslərinin Rusiyaya qarşı kütləvi qırğın silahı olan nüvə silahından istifadəsinin mümkünlüyü barədə fikirlərindən gedir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev artıq neçənci dəfədir ki, dünyanı nüvə silahıyla hədələyir: "Medvedyevin fikrincə, Rusiya Ukraynaya nüvə silahı atarsa, NATO qarışmayacaq. Hesab edir ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün “heç kimə lazım olmayan Ukrayna”nın taleyindən daha önəmlidir: “ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar”. Əslində Medvedyev demək istəyib ki, Kreml Ukraynanı nüvə silahı ilə vuracaq. Yüz minlərlə ukraynalı öləcək, şəhərlər dağılacaq, ekoloji fəlakət ətrafa yayılacaq. Bu təxribatın qarşılığında NATO ölkələri ancaq deyinəcək və Rusiyaya nüvə silahı atmayacaqlar. Həqiqətənmi belə olacaq? Ukraynaya nüvə silahı atan ölkə Polşaya, Baltik ölkələrinə və digərlərinə qarşı da eyni silahdan istifadə edəcək. Ona görə Rusiyanı dayandırmağın yolları tapılmalıdır. Vaxtında NATO Ukraynanı üzvlüyünə qəbul etsəydi, indi Medvedyev rahat şəkildə Ukraynaya nüvə silahı atacağı fikrini səsləndirməzdi. Vaxtilə ABŞ və Böyük Britaniya Ukraynanın SSRİ-dən qalma nüvə silahlarının Rusiyaya ötürülməsinə dəstək verdilər və bunun qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. Bu təminat boş çıxdı. Rusiya Krımı və Donbassı ilhaq etdi, indi də Ukraynanın digər ərazilərini qoparmaqla məşğuldur. ABŞ və Böyük Britaniya Ukraynanı nüvə silahıyla təmin etsələr, Kremlin Ukraynanı nüvə silahıyla vurması gündəlikdən çıxacaq. Ya da Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz