Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci il yanvarın 5-də təyin edilib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2018-ci il aprelin 6-dan vəzifəsini icra edir.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Sherg.az”a açıqlamasında bildirib ki, görünür, indiki səfirin fəaliyyəti Paşinyan hökumətini qane etmir:
“ Ölkə daxilində narazılıqların artması, Ermənistan müxalifətinə və yaxud Rusiyaya bağlı olması, Rusiya XİN-in açıqlamaları səbəblər ola bilər. Yeni səfirin təyin edilməsinin Paşinyanın maraqlarına xidmət edəcəyini düşünmürəm. Ölkələrin səfirləri dövlətlərinin maraqlarına uyğun hərəkət etməlidir. Cüzi “kosmetik” dəyişiklik hiss olunar. Açıqlamalarında aqressivlik nisbətən aradan qalxar, yaxud Ermənistan müxalifəti ilə bir az məsafə saxlayar. Son vaxtlar Ermənistanla Rusiya arasında vəziyyət gərgindir. Lakin tərəflərin münasibətləri Vətən müharibəsindən sonra yeni fazaya keçib. Ermənistan cəmiyyətində, hakimiyyətdə də Rusiyaya qarşı azacıq aqressiya mövcuddur”.