Səfir: COP29-da Macarıstanı Baş nazir Viktor Orban təmsil edəcək
16:16 14.10.2024
Siyasət
339
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Baş nazir Viktor Orban Macarıstanı təmsil edəcək və bir ildən az müddətdə üçüncü dəfə Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
"COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsiredici bir iş görür. Macarıstan Azərbaycanın Sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, ölkə tədbirə uğurla ev sahibliyi edəcək", - səfir bildirib.
Onun sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Macarıstan münasibətləri inkişaf edir.
Səfir vurğulayıb ki, iki ölkəni Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniyanın birgə təşəbbüsü ilə Avropanın təmiz enerji təchizatına töhfə verən Yaşıl Enerji Dəhlizi Layihəsi birləșdirəcək.
"Macarıstan șirkəti tərəfindən işğaldan azad olunmuş Soltanlı qəsəbəsinin yenidən qurulması davam edir. Bu həm yenidənqurma üzrə öhdəliklərimizi, həm də münasibətlərimizdə təhsilin rolunu simvolizə edir", - səfir əlavə edib.
Qeyd edək ki, Bakıda Macarıstanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirir. Tədbirdə fəxri qonaq qismində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edir. Qonaqlar arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclis üzvləri də yer alıb.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq