Sərt açıqlama: “Qarabağdakı tanklar İranın yanacağı ilə işləyir”
Banuçiçək Kalbalıyeva
09:19 16.12.2020
Siyasət
976
“Bu dövlət şimalındakı Azərbaycanın möhkəmlənməsindən, ərazi bütövlüyünü təmin etməsindən narahatdır”
“Üstəgəl, nəzərə almaq lazımdır ki, İran Cənubi Qafqazdakı son proseslərdə “oyundankənar” vəziyyətdə qaldı”
“İndi özünə yer axtarır. Tapa bilmədiyinə görə də cığallıq edir”
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında söylədiyi şeri paylaşaraq, onun fikirlərini dəstəkləyib. O, bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.
"Bu şeirdə səhv olan nədir? Ermənistana açıq dəstək verənlər bizə nə anladırlar? Arazı ayırdılar, hətta qopardılar!" - deyə D.Baxçalı bildirib.
Beləliklə, İranın qeyri-adekvat davanışları, emosional uşaqlar kimi hər şeydən “inciməsi” bir daha sübut olundu. Bizim Zəfər günümüzə guya kölgə salmaq istəyirdi. Amma olan özünə oldu- məkrli siyasətini bir daha ortaya qoydu və bunun fonunda iki ölkə arasındakı qardaşlıq daha da möhkəmləndi.
Politoloq Sədrəddin Soltan rəsmi Tehranın mövqeyi haqqında “Sherg.az”a danışarkən məlum bəyanatın məkrlilikdən xəbər verdiyini bildirib:
“Həmin bayatı uzun illərdir ki, dillərdədir. Nə Arazın adı dəyişiləsidir, nə də Azərbaycanın iki yerə bölünməsi faktı. Ərdoğan sadəcə Arazın şimal hissəsinin, nəhayət, azadlığa qovuşduğuna işarə vururdu. İran isə onun ərazi bütövlüyü üçün hansısa təhdidin olacağından xoflanır. Niyə? Çünki xaindir. Atalar misalımızda deyildiyi kimi, xain xoflu olar. Həm də adama deyərlər ki, soğan yeməmisən için niyə göynəyir? Bəli, İran hakimiyyətindəki bütün kadrlar “soğan yemiş” şəxslərdir. Onlar nə sünnidir, nə də şiə. Hər biri fars düşüncə sistemini ideologiyasını daşıyan adamlardır”.
S. Soltanın fikrincə, bu, İranın “oyunbozanlıq” cəhdidir:
“Cənub qonşumuz şeirin ən gözəl hissəsinə fikir verməyib, ən əhəmiyyətsiz məqamlara toxunur. Bu, təəccüblü deyil. İran bütün müharibə dövründə, hətta indi də Ermənistanı dəstəkləyir. Qarabağdakı tanklar İran nefti vasitəsilə hərəkət edir. Bu dövlət şimalındakı Azərbaycanın möhkəmlənməsindən, ərazi bütövlüyünü təmin etməsindən narahatdır. Üstəgəl, nəzərə almaq lazımdır ki, İran Cənubi Qafqazdakı son proseslərdə “oyundankənar” vəziyyətdə qaldı. İndi özünə yer axtarır. Tapa bilmədiyinə görə də cığallıq edir. Eyni zamanda Türkiyədə İranın casus dəstəsinin işfa edildiyini, 9 nəfərin tutulduğunu, ölkəmizdə rəsmi Ankarının nüfuzunun artdığını, Vətən müharibəsi dövründə ictimai rəydə İranın sıxışdırılıb çıxarıldığını da nəzərə alsaq, bu dövlətin indi ancaq bəhanə axtardığını deyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm