
Sülh danışıqları dalana girə bilər - AÇIQLAMA
07:08 27.09.2024
Siyasət
513
Paşinyanı bir qədər ürəkləndirən Qərbin və Avropa Şurasının Ermənistana verdiyi siyasi dəstəkdir
“Münaqişə tərəflərinin istənilən tərkibdə və səviyyədə təmasları diplomatiyanın şah damarıdır. Danışıqların predmeti əsasən sülh və qonşuluq prinsipi olsa da, hər iki tərəf öz maraqlarının müdafiəsi üstündə danışıqlara qatılır”. Bu barədə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan oktyabrda Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində keçiriləcək ikitərəfli görüşünü şərh edən politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun fikrincə, bu cür təmaslarda, əslində, ana xətt olmur və tərəflər bir-birilərinin zəif tərəflərini aşkarlamağa çalışırlar:

“Dünya praktikasında danışıqlar getdiyi zaman və anda müharibələrin baş verməsi nümunələri var. Eyni zamanda bu görüşlərin məqsədi zirvə toplantısına hazırlıq da ola bilər. İndiki şəraitdə Ermənistan tərəfinin davranışlarında bir çaşqınlıq müşahidə olunur. Paşinyan həm tezliklə sülh müqaviləsinin imzalanmasını istəyir, həm də vəziyyətdən uduşlu çıxmağa çalışır. Ona görə də danışıqlar uzanmağa doğru gedir və belə davam edərsə, dalana girə bilər. Paşinyanı bir qədər ürəkləndirən Qərbin və Avropa Şurasının Ermənistana verdiyi siyasi dəstəkdir. Lakin Azərbaycanın Avropa İttifaqı dövlətləri və ABŞ ilə ikitərəfli uğurlu əlaqələri bu basqıları müəyyən dərəcədə neytrallaşdırsa da, tam dəstək almaq üçün yetərli deyil. Bunun üçün ilk növbədə Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu üzvü olması üçün addımlar atmalıdır. Ondan ötrü hər birimizin arzuladığımız demokratik islahatlara və insan hüquqları məsələsində irəliyə doğru addımlar atılmasına ehtiyac var. Bir vektorlu siyasi kursun gələcəkdə iflasa uğraması ehtimalı böyükdür”.
Çox qısa zamanda dünyada siyasi, iqtisadi, elmi, mədəni, sosial və dini sahədə böyük dəyişikliklərin baş verəcəyini vurğulayan V.Əfəndiyev hesab edir ki, süni intellektin tətbiqi və robotlaşma dünyanın düzənini dəyişəcək. Hərbi sahədə çox ciddi yeniliklər baş verəcək: “Rusiyanın sıxışdırılaraq küncə qısıldığını görürük. İran prezidentinin Amerikada mülayim bəyanatları və Rusiyaya silah verməmək haqqında öhdəlik götürməsi çox ciddi vəziyyətlərdən xəbər verir. Pezeşkianın türk dünyasına yaxınlığı baş verəcək. Ermənistanın xəyal etdiyi revanş xülyadır və bu istiqamətdə fəaliyyətlərini dayandırmasalar, bu, onlar üçün birmənalı olaraq fəlakətlə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya