
Sülh üçün riskli addım: Tramp birbaşa Putinin qapısına gedir
09:27 12.08.2025
Siyasət
359
ABŞ isə istəyir ki, Rusiya və Ukrayna ortaq məxrəcə gələrək, torpaq güzəştlərinə getməyə hazır olsun
ABŞ prezidenti Donald Tramp gözlənilməz açıqlama ilə çıxış edib.
O, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib ki, avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcək.
"Avqustun 15-də mən Rusiyaya gedəcəm. Putinlə görüşmək istəyirəm" - ABŞ lideri deyib.
Digər tərəfdən son on 10 gündə Trampla Putinin görüşünün Alyaskada - yəni ABŞ ərazisində baş tutacağı bildirilmişdi. Həm Moskva, həm də Ağ Ev görüşün məhz Alyaskada olacağını təsdiqləmişdilər. Məhz Tramp bildirmişdi ki, Alyaskada keçiriləcək danışıqlar Putini müharibəni dayandırmağa çağırmaq məqsədi daşıyan görüş olacaq. Eyni zamanda torpaq mübadiləsi gözlənilir. Həmçinin o, Putinin danışıqlar zamanı ədalətli sövdələşmə təklif edəcəyi təqdirdə Avropa liderlərini məlumatlandıracağını söyləmişdi.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu görüş ABŞ-Rusiya münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı ola bilər.

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşdə Ukraynadakı müharibənin dayandırılması ilə yanaşı, bütün regionlardakı proseslərlə bağlı məsələlərin müzakirə edilməsi gözlənilir:
"Dünyanın müxtəlif bölgələrində nüfuz uğrunda mübarizə aparan tərəflər mübahisəli məsələləri həll etməyə səy göstərəcəklər. ABŞ-də 2024-cü ildə keçirilən seçkilər ərəfəsində Rusiya-Ukrayna müharibəsini bitirəcəyini iddia edən Donald Tramp bu savaşın necə dayandırılacağını müzakirə etmək üçün şəxsən Putinlə görüşməyə və sülh prosesini sürətləndirməyə çalışır. Çünki bu, Trampın sülhə doğru mühüm addım atan şəxsi kimi reputasiyası baxımından əhəmiyyətli gedişatdır. Eyni zamanda, Nobel Sülh Mükafatına namizəd göstərilməsi fonunda da növbəti sülh təşəbbüsü onun müasir dünya tarixindəki yerini daha da fərqli edəcək. Ona görə də Ağ Evin rəhbəri Ukraynada azı atəşkəsə nail olmaq, yaxşı halda isə uzunmüddətli həll istəyir. Bunu çətinləşdirən məqam isə Vladimir Putinin rəhbərliyi ilə Rusiyanın da müəyyən maraqlarının olmasıdır. Həmçinin Rusiya NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq istəyir. Bu məsələ Qərb blokunun, eləcə də ABŞ-nin maraqları ilə ziddiyyət təşkil edir".
Analitik vurğulayıb ki, Rusiya Trampı inandırmağa çalışır ki, Ukraynanın NATO-ya üzvlüyü bloklansın:
"Ziddiyyətli və mürəkkəb məsələlərdən biri də rus qoşunları tərəfindən ələ keçirilən Ukrayna ərazilərini Rusiya əlində saxlamağa çalışması, bunun əksinə isə Kiyevin torpaq məsələsində prinsipial mövqeyidir. Tramp üçün bunu yoluna qoymaq olduqca mürəkkəbdir. Ukraynayanın müharibədən əvvəlki vəziyyətə qayıtmaq istəyi, Rusiyanın ambisiyaları ilə üst-üstə düşmədiyi üçün danışıqlarda uğurlu nəticə hasil etmək daha da çətinləşir. ABŞ isə istəyir ki, Rusiya və Ukrayna ortaq məxrəcə gələrək, torpaq güzəştlərinə getməyə hazır olsun. Əgər Rusiya bundan imtina edərsə, ABŞ Moskvaya qarşı əlavə sanksiya təzyiqini daha da artıra bilər. Ümumilikdə isə görüş ABŞ-Rusiya, ABŞ-Rusiya- Ukrayna tərəflərinin strategiyasını müəyyənləşdirmək üçün bir fürsətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm