Taxta avtomatlarla savaşa!
Yusif Nəzərli
08:56 29.12.2021
Siyasət
782
Dünya “ağzı açıq” izləyir
Ukraynada könüllülərin təliminə başlanılıb
Rəsmi Kiyev mülki əhalini hərbi təlimlərə cəlb edir. “Milliyet.com” yazır ki, Rusiya-Ukrayna müharibəsinin hər an başlana biləcəyi ehtimalları artdığı bir vaxtda “müharibə olarsa, iştirak edəcəksinizmi” sualı ilə keçirilən sorğudan heyrətli nəticələr ortaya çıxıb. Ukrayna əhalisinin 24 faizi silaha sarılacağını, kişilərin 39 faizi silahlı mübarizə aparacaqlarını deyib.
Ukraynalılar əllərində silah selfi çəkdirir, sosial mediada paylaşırlar. Bununla da işğalçılara “biz burdayıq, gələcəyiniz varsa, görəcəyiniz də var” deyirlər. Ukraynada könüllülərin təliminə başlanılıb.
Amma taxta silahlarla. Əllərində taxta silah hərbi təlimlərə qatılan Ukrayna qadınlarının fotoları “New York Times” qəzetinə də gedib çıxıb. Fotoları paylaşan qəzet Ukraynada könüllülərə təlim keçirilməsinin Rusiya qarşısında önəmli faktor olduğunu yazır. Agence France-Presse (AFP) də taxta silahlı Ukrayna könüllülərinin fotolarını yayıb.
Hərbi təlimlər Kiyev yaxınlığındakı şam meşəliyində keçirilir. Taxta silahlı olsa da əsl savaş ab-havası yaşanır. Komandirlər əmr verir, kamuflyaj olunmuş könüllülər ağacların arxasında gizlənir, əsgərlər bağıraraq yerə yıxılır...
25 yaşlı Anastasiya Biloçitska atəş xəttinə yürüyür, palçığa batır və tibbi yardım çantasını açıb əsgərə yardım göstərir. Anastasiya “hazırlıqlı insan təşvişə düşməz” deyərək təlimlərin əhəmiyyətli olduğunu söyləyib. Təlim proqramı Rusiyanın mümkün hücumuna hazırlıq və təhlükəsizlik planının bir parçasıdır.
Məqsəd, ordu məğlub olarsa, döyüşü mülki əhalinin davam etdirməsi və dirəniş göstərməsidir. Bununla Ukrayna ABŞ-ın İraq və Əfqanıstandakı məğlubiyyətindən dərs çıxardığını göstərmək istəyir. Yəni ölkədaxili gücünə güvənməli olduğunun fərqindədir. Təlimlərdə iştirak edən həkim Martya Yuzkiv “güclü ordumuz var, ancaq Rusiyaya qarşı müdafiə olunacaq qədər güclü deyilik. İşğal edilsək, ümid edirəm, bu olmaz, milli müqavimət göstərəcəyik”, deyib.
Avropa mətbuatı isə xatırladır ki, Rusiya təhdidinə qarşı vaxtilə Estoniya, Litva və Latviya da mülki əhaliyə partizan savaşı aparmaq təlimləri öyrədən proqram hazırlamışdı.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya