Tural Abbaslı, yoxsa İlqar Məmmədov: Xalq kimi deyir? - SORĞU
Yusif Nəzərli
11:47 27.06.2024
Siyasət
1118
İyunun 21-də Azərbaycan Milli Məclisi özünün buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib. Parlament qərara gəlib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının tam formalaşdırılması zəruridir.
Xatırladaq ki, Milli Məclis bu müraciəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının qaldırdığı təşəbbüslə qəbul edib. Bu gün isə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib. Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir. Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib. Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
Belə bir vaxtda cəmiyyətin nəzəri partiya rəhbərlərinin üzərindədir.
Maraqlıdır,Azərbaycanın tanınmış simaları Parlament kürsüsündə kimi görmək istəyirlər? REAL Partiyasının sədri İlqar Məmmədov, yoxsa AĞ Partiyanın sədri Tural Abbaslı?
"Sherg.az" sorğunun nəticələrini təqdim edir:
Tanınmış jurnalisti və köşə yazarı Etibar Cəbrayıloğlu bildirib ki, çətin seçimdir:
''Hər iki siyasətçini yaxşı tanıyıram. Təəssüf ki, onların heç biri yaşadığım seçki dairəsində namizəd olmayacaqlar''.
"Kulis.az"ın baş redaktoru, şair Ulucay Akif deyib ki, adı çəkilənlərdən heç birinə səs verməz:
''Çünki heç birini də deputatlığa layiqlı namizəd kimi görmür''.
Yazıçı Qan Turalı deputatlığa namizəd olaraq İlqar Məmmədovu görmək istədiyini söyləyib.
Seçiminin səbəbini isə onun daha yaxşı işləmə potenasialına malik olduğu ilə izah edib.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə qeyd edib ki, imkanı olsaydı ikisinə də səs verəri:
''Çünki Tural savadlı gənclərdən biridir. İlqar Məmmədov da ağıllı siyasətçilərdəndir. Bu səbəbdən hər iki namizədi deputat olaraq görmək istərdim''.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli isə vurğulayıb ki, sual birbaşa olduğu üçün cavab vermək çətindir:
''Siyasətçi kimi tanınan şəxslərin uğurlu deputat olması ilə bağlı bir hökm yoxdur. Fikrimcə, bu məsələ ictimai rəyə buraxılmalıdır''.
Hökümətin Tural Abbaslını seçəcəyini deyən şair Vəli Xramçaylı isə bildirib ki, İlqar Məmmədovla İsa Qəmbər hökümət adamları olduğu üçün onlar da seçiləcək:
''Ancaq ən çox deputat olaraq Tural Abbaslını görmək istəyirəm. Çünki parlamentə layiqdir''.
Suallımızı cavabsız qoyan siyasi şərhçi Asəf Quliyev deyib ki, kiminsə deputat olması vacib deyil:
''Ona görə ki, kiminsə nəyəsə təsir etmək imkanı yoxdur''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm