“İkinci Qarabağ müharibəsi zamanı bəziləri deyirdi ki, Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanı cəzalandırmaqdan ötrü Azərbaycanın əks-hücum əməliyyatlarına səssiz qalır. Biz isə etiraz edirdik. Bildirirdik ki, istənilən halda iki yüz ildir qoruduğu Ermənistanı tək qoymaz. Əslində Kreml üçün təhlükə Paşinyan hakimiyyətə gələndə başlamışdı. Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasındakı iqtidar mübarizəsi birincilərin xeyri ilə davam edirdi. Onlar Qarabağın işğalına görə ölkələrinin təcrid edilməsindən, iqtisadi gerilikdən və daimi köçdən bezmişdilər. Haqlı olaraq düşünürdülər ki, iqtisadi gəlir əldə edə bilməyimiz torpaqlar üçün niyə fədakarlıq edək? “Qarabağ klanı” isə əksinə, “Hər şeydən əvvəl Qarabağ” deyənlərdən ibarətdir. Onların çöküşü çoxdan başlayıb. Müharibə vaxtı Şuşanın azad edilməsindən sonra Rusiyanın tərəfləri sülhə çağırması təsadüfi deyildi. Moskva bununla bir tərəfdən İrəvana “Mən olmasaydım, məhv olacaqdınız” mesajını verib, digər tərəfdən “arxa bağçasındakı” mövcudluğunu qorudu.
Türk general: “Atəşkəs uğursuz olsa və Azərbaycan bir neçə yerdə əks-hücuma başlasa...”
Banuçiçək Kalbalıyeva
08:05 18.08.2021
Siyasət
946
Prezident İlham Əliyev “CNN Türk” televiziyasının müxbirinə müsahibəsində Laçın dəhlizi ilə bağlı bəzi iddialara münasibət bildirib. O, deyib ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.
“Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə, bəlkə də, 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərzində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.- deyə, dövlət başçısı əlavə edib.
Türkiyəli ehtiyatda olan general Osman Qazi Kandemir Prezidentin sözügedən fikirləri barədə “Sherg.az”a danışdı:
“İkinci Qarabağ müharibəsi zamanı bəziləri deyirdi ki, Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanı cəzalandırmaqdan ötrü Azərbaycanın əks-hücum əməliyyatlarına səssiz qalır. Biz isə etiraz edirdik. Bildirirdik ki, istənilən halda iki yüz ildir qoruduğu Ermənistanı tək qoymaz. Əslində Kreml üçün təhlükə Paşinyan hakimiyyətə gələndə başlamışdı. Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasındakı iqtidar mübarizəsi birincilərin xeyri ilə davam edirdi. Onlar Qarabağın işğalına görə ölkələrinin təcrid edilməsindən, iqtisadi gerilikdən və daimi köçdən bezmişdilər. Haqlı olaraq düşünürdülər ki, iqtisadi gəlir əldə edə bilməyimiz torpaqlar üçün niyə fədakarlıq edək? “Qarabağ klanı” isə əksinə, “Hər şeydən əvvəl Qarabağ” deyənlərdən ibarətdir. Onların çöküşü çoxdan başlayıb. Müharibə vaxtı Şuşanın azad edilməsindən sonra Rusiyanın tərəfləri sülhə çağırması təsadüfi deyildi. Moskva bununla bir tərəfdən İrəvana “Mən olmasaydım, məhv olacaqdınız” mesajını verib, digər tərəfdən “arxa bağçasındakı” mövcudluğunu qorudu.
General, həmçinin təxribatların məqsədindən də danışdı:
"Savaşdan sonra Ermənistanda keçirilən erkən parlament seçkiləri və Paşinyanın yenidən qalib gəlməsi Kremlin planlarını pozdu. Moskva elə bilirdi ki, məğlubiyyətin təsiri ilə Paşinyan devriləcək və hakimiyyətə ruspərəst siyasətçi gələcək. Lakin istədiyi olmadı. Eyni zamanda Ermənistanın daxilində və qondarma Dağlıq Qarabağda “Qarabağ klanı”nın hökmranlıq etdiyi bir qrup var. Onlar Rusiya siyasətinə çox yaxındırlar. Məqsədləri atəşkəsi pozmaqdır. Çünki atəşkəs uğursuz olsa və Azərbaycan bir neçə yerdə əks-hücuma başlasa, “erməni qətliamı” adı ilə dünyaya səs-küy salmaq istəyirlər. Belə davranışları ilə sülhməramlıların fəaliyyət müddətini uzatmağa çalışacaqlar. Yəni Qarabağa silah daşınmasında iki məqsəd var: sülhün qarşısını almaq, Rusiyaya ehtiyac hiss etdirmək. Çünki əks halda sülhməramlılara “Gülə-gülə” deyiləcək. İkinci hədəf Paşinyanı devirmək, iqtidarı dəyişməkdir. Kiçik iqtidar mübarizələri üçün insanların və dövlətlərin həyatını qaraltmağın mənası yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya