Türk qoşunları Azərbaycanda var olacaq
Turan
09:30 17.06.2021
Siyasət
476
"Ermənilərin Rusiyadan gözləntiləri yersizdir"
Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlama yayıb. Açıqlamada olduqca gülünc və həqiqəti əks etdirməyən məqamlar var. Ermənilər açıqca etiraf edirlər ki, “Türkiyənin Qarabağa gəlişinin qarşısını ala bilmirik, Rusiya bizə kömək etsin”. Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Bu görüşün nə qədər gərgin keçəcəyi artıq heç kəsə sirr deyil. Təsadüfi deyil ki, Kreml sahibi bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Əks təqdirdə Moskva nə Ərdoğanın Şuşaya gəlməsinə, nə də imzalanan Şuşa Bəyannaməsinə heç nə olmamış kimi səssiz qalmazdı. Yəni Kreml prosesə qeyri-adi bir müdaxilə etməsə də, ən azından sözlü də olsa narahat olduğunu bildirə bilərdi.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə vurğulayıb ki, Putindən qabaq Ərdoğan NATO üzvü ölkələrinin dövlət və hökumət başçılarının Brüsseldəki Zirvə toplantısı zamanı Baydenlə söhbət edib.
Analitikə görə, Bayden və Ərdoğan 40 dəqiqə davam edən görüşdə bir çox məsələdə ortaq məxrəcə gələ bilməsə də, bir məsələdə ikilinin razılaşdığı aydındır:
“Əfqanıstandan ordusunu çıxaran ABŞ Türkiyənin onun yerinə bölgədə olmasını istəyir. Düzdür, Vaşinqtonun Əfqanıstandan çıxması və terrorçu elan etdiyi Talibanla görüşmələr keçirməsi bu ölkədə yeni ekstremizm ocağının yaradılacağı gözləntisini ortaya çıxarır. Lakin Vaşinqton Talibanın nəzarətdən çıxmaması üçün Türkiyənin bu ölkədə olmasını istəyir. Türkiyə də Ağ Evin bu istəyini yaxşı bilir və Qarabağ məsələsi üçün istifadə edir. Yəni çox güman ki, həmin görüş zamanı Ərdoğan ABŞ-ın ardınca Türkiyənin Əfqanıstanda olması üçün güclü bir bazaya ehtiyacı olduğunu, bunun üçün də Qarabağ məsələsində dəstəyini istəyib. Ərdoğan türk qoşunlarının Azərbaycanda olmasının vacibliyini Baydenə həm də Əfqanıstana nəzarət etmək kimi təqdim edib. Bu mənada deyə bilərik ki, ermənilərin Rusiyadan gözləntiləri yersizdir. Çünki faktiki olaraq Ərdoğan Kremlin başını qatacaq Baydenlə görüşdən sonra Şuşaya gəlib. Hər halda Ərdoğan-Bayden görüşünün təfərrüatları Bayden-Putin görüşündə bəlli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Niderland əlaqələri müzakirə edilib
16:32 06.02.2026
Gündəm
Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfər edəcək
16:06 06.02.2026
Gündəm
İrəvan Bakı ilə bunu qurmağa ümid edir... - Papoyan
16:05 06.02.2026
Region
Azərbaycan XİN Pakistana başsağlığı verdi
15:53 06.02.2026
Gündəm
İran-ABŞ danışıqlarının ikinci raundu bitdi
15:49 06.02.2026
Gündəm
Qırğızıstanda məhbusların saxlanma qaydaları dəyişdirilir
15:47 06.02.2026
Gündəm
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya