Türkiyə-Fransa münasibətləri Yunanıstanı qorxutdu - “Hətta Kipr də bizə arxa çevirə bilər”
17:23 23.08.2025
Siyasət
514
Türkiyə ilə Fransa arasında artan diplomatik təmaslar və müdafiə sənayesi sahəsində əməkdaşlıq mesajları Afinanı “təklənmə” narahatlığına salıb.
Sherg.az xəbər verir ki, Yunanıstanda Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronu “dəyərli dost” adlandırması və sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Zirvəsində görüşəcəklərinin elan olunması “diplomatik zəlzələ” effekti yaradıb.
Yunan mediasından Thess Today xəbərində “Türkiyə və Fransa köhnə səhifələri bağlayıb müdafiə sənayesi əməkdaşlığı üçün yeni bir səhifə açır” ifadəsini işlədərək, Atinanın bu prosesdə passiv qaldığını yazıb. Məqalədə “Əlimizdə yalnız Rafale qırıcıları qaldı. Türkiyə sahədə qazanarkən biz masa arxasında vaxt itirdik” sözləri diqqət çəkib.
Həmin məqalədə Türkiyənin eyni anda həm Rusiya-Ukrayna müharibəsində vasitəçi, həm Qəzzada humanitar dəyərləri müdafiə edən, həm də Avropa ilə dialoqu davam etdirən qlobal bir oyunçuya çevrildiyi vurğulanıb. Afina isə “başqalarının açıqlamalarını izləyən ölkə” kimi təsvir edilib.
“KİPR DƏ ARXA ÇEVİRƏ BİLƏR”
Məqalədə “Əgər proses belə davam etsə, hətta Kipr də bizə arxa çevirə bilər, Paris və Ankara xəttinə yaxınlaşa bilər” deyə qeyd edilib. Bu ifadə Yunanıstanın bölgədə getdikcə daha çox təklənə biləcəyi və yeni geosiyasi balansda Türkiyənin mərkəzi mövqe tutduğu təəssüratını gücləndirib.
TÜRKİYƏ VƏ FRANSADAN ƏMƏKDAŞLIQ MESAJI
Prezident Ərdoğan bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Rusiya-Ukrayna sülh prosesi və Qəzzadakı humanitar böhran daxil olmaqla bir sıra məsələləri müzakirə etdiklərini bildirib. Ərdoğan “Dəyərli dostum Makronla müdafiə sənayesi başda olmaqla Türkiyə ilə Fransa arasında əməkdaşlığı inkişaf etdirməkdə razılaşdıq” sözləri ilə iki ölkə arasındakı dialoqun daha da dərinləşəcəyinə işarə edib.
Görüşdə həmçinin Türkiyənin beynəlxalq sülh proseslərində aktiv iştirakı və bölgədə sabitliyin təmin olunması üçün ediləcək əməkdaşlıqlar ətraflı şəkildə müzakirə olunub.
İyunda keçirilən NATO Zirvəsində Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin liderlər arasında demək olar ki, təkləndiyi görüntülər gündəmə gəlmişdi. Gözlədiyi diqqəti görməyən Mitsotakisin nə müzakirələrdə aktiv iştirak etdiyi, nə də diplomatik çeviklik göstərə bildiyi qeyd olunmuşdu. Zirvə fotolarında bir çox anı tək keçirdiyi və hətta göz təması qurmaqda çətinlik çəkdiyi görünmüşdü. Xüsusilə ABŞ Prezidenti Donald Tramp ilə yan-yana olduğu anlarda Trampın Mitsotakisi görməməzliyə vurması Yunan mediasında “Yunanıstan NATO-da təkmi qaldı?” suallarına səbəb olmuşdu.
Almaniya kansleri Fridrix Merslə aralarındakı məsafəli münasibət də diqqətdən yayınmayıb. Sosial mediada yayılan görüntülərdə yunan izləyicilər Mitsotakisi “fiquran kimi davranmaqda” ittiham ediblər.
Yunanıstandakı bu təklik və diplomatik passivlik görüntüləri, Türkiyənin sahədə aktiv diplomatiyası və strateji gedişləri ilə müqayisədə daha qabarıq görünüb. Ərdoğanın həm Avropa, həm də regional oyunçularla qurduğu güclü əlaqələr Türkiyənin artan təsirini və liderlik rolunu nümayiş etdirərkən, Afinanın çatışmayan addımları yunan mediasında sərt tənqidlərə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya