Türkiyə ilə İsrail dil tapırlar!- “Qlobal və regional blokada yarılıb”
Yusif Nəzərli
11:27 16.02.2022
Siyasət
1390
İsrail Prezidenti İsaak Hersoq Türkiyəyə səfər edəcək.Səfər 9-10 mart tarixinə planlaşdırılıb. Türkiyə prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal isə16-17 fevral 2022-ci il tarixlərində Fələstin və İsrailə səfər edəcəklər.Nümayəndə heyəti Fələstin prezidenti Mahmud Abbas tərəfindən qəbul olunacaq və Fələstin rəsmiləri ilə danışıqlar aparacaq.Həmçinin, onlar İsrail hökuməti ilə də görüşəcək,prezident İsaak Hersoqun Türkiyəyə səfərinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Daha sonra İsrailin xarici işlər və enerji nazirləri Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gedəcəklər.Xatırladaq ki, 2022-ci ilin yanvarında iki ölkənin xarici işlər nazirləri son 13 ildə ilk dəfə telefonla danışıblar.
Siyasi şərhçi Turab Rzayev İsrail dövlət başçısının Türkiyəyə gözlənilən səfərindən “sherg.az”a danışıb.O Türkiyə- İsrail münasibətlərinin yaxşılaşmasında bir neçə amilə diqqət çəkib var:
“Bundan öncə tərəflər arasında gərginlik müşahidə olunsa da, ümumi strateji hədəfdə bəzi məsələlərdəki yaxınlıq onları əməkdaşlıq etməyə məcbur edirdi. Belə ki, hərbi birliklər arasında əlaqələr qalmış və İsrail pilotları Türkiyədə təlim məşqi keçirdilər. İqtisadi əlaqələr də dayanmadan inkişaf edirdi. Hazırda tərəflər arasında ticarətin dövriyyəsi bir neçə dəfə artıb. Hətta İsrail bəzi məhsullarını xüsusi olaraq Türkiyədən alır”.
T.Rzayev hesab edir ki, Türkiyə və İsrail Hərbi Dəniz Qüvvələrinin arasındakı münasibət iki ölkə arasındakı əlaqələrin inkişafının kuliminasiya nöqtəsi olub:
“Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş komandiri açıq şəkildə Türkiyə Liviya ilə olduğu kimi İsraillə də dil tapdığını bəyan edib. Digər tərəfdən rəsmi Ankara özünə qarşı Aralıq dənizində yaradılmış Kipr,Yunanıstan, Misir, Suriyadan ibarət bloku dağıtmağa müvəffəq olub. Artıq BƏƏ Türkiyəyə qarşı olan dövlətdən ona sığınan, onunla iqtisadi əlaqələrin inkişafına maya qoyan dövlətə çevrilib. İndi isə İsrail Türkiyə ilə yaxılaşmağa çalışır”.
Analitikin fikrincə, İsrailin Yaxın Şərqdə dövlətçiliyini normal şəkildə davam etdirməsi üçün rəsmi Ankaranın yardımına ehtiyacı var:
“Əks halda onun üçün çətin olacaq. İsrail Aralıq dənizinin şərqindəki qaz yataqlarından Kipr və Krit adaları üzərindən Yunanıstana çəkilməsi nəzərdə tutulan “EastMed” boru kəməri layihəsinin Türkiyəsiz həyata keçirilməyəciyini bilir. O həm enerji,həm də ölkənin təhlükəsizliyi eləcə də qlobal “EastMed” kimi layihələrdə iştirak üçün Türkiyədən asılı olduğunu anlayır”.
T.Rzayevin qənaətincə,Türkiyə də özünə qarşı qlobal və regional blokadanı yarmaq, əleyhinə olan qüvvələrin təsirini azaltmaq üçün İsraillə əməkdaşlığa maraqlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə