Türkiyənın Strateji Düşüncə İnstitutunun rəhbəri: “ABŞ-da keçirilən “Demokratiya sammiti” turist səfərindən başqa ciddi bir hadisə deyil"
Yusif Nəzərli
10:06 25.03.2023
Siyasət
575
“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya sammiti”ni turist səfərindən başqa ciddi qəbul ediləcək bir hadisə hesab etmək doğru olmaz”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənın Strateji Düşüncə İnstitutunun (SDE) rəhbəri, ehtiyatda olan general Güray Alpar bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda ayrı-seçkilik edərək “Demokratiya sammiti”nə Azərbaycanı deyil, Ermənistan və Gürcüstanı dəvət etməsi antidemokratik addımdır:
“Əslində belə bir mövzuda keçirilən sammitin ilkin məqsədi və hazırkı səviyyəsi nəzərə alınsa, bunun ciddi qəbul ediləcək bir hadisə olmadığı açıq-aydın görünür. Məlum olduğu kimi, ABŞ prezidenti Bayden vəzifəyə başlamazdan əvvəl belə bir sammit təşkil edəcəyini seçki vədi kimi təqdim etmişdi. Yəni belə bir tədbirin siyasi vəd və ölkələr üzərində hegemonluq yaratmaq məqsədindən başqa, demokratiya üçün zərrə qədər də nəticəsi yoxdur. Bu günə qədər sammitdən aydın və müsbət nəticə əldə olunmayıb. Əvvəla, sammiti təşkil edən ölkənin parlamentinə bir neçə il əvvəl öz xalqı tərəfindən basqın edilib və bu ölkənin özündə də güclü irqi ayrı-seçkilik, insan haqları pozuntuları var. Digər tərəfdən, bir çox ölkədə hərbi çevrilişlər bu ölkə tərəfindən dəstəklənir. Üstəlik, Ermənistan kimi görüşə dəvət olunan bəzi ölkələr insan haqlarından uzaqdır, Azərbaycan kimi son vaxtlar xalqın mənafeyi naminə inkişaf və tərəqqi edən ölkələr isə siyasi motivlərlə məqsədli şəkildə buraya dəvət edilmir. Azərbaycanın dəvət edilməməsinin arxasında 30 ildir Ermənistan işğalı altında qalan torpaqlarını işğaldan azad etməsi dayanır. Yəni işğalçı, qətliamçı ölkə dəvət olunur, torpaqları işğala məruz qalan, dinc əhalisi, qadınları, uğşaqları ən ağır soyqırıma məruz qalan ölkə yox. Bu, özlüyündə sammit təşkilatçıları üçün utancvericdidr və “Demokratiya sammiti” adı verilən bir tədbirin antidemokratikliyidir”.
Ermənistanın öz xalqına qarşı insan haqları pozuntularına kəskin şəkildə yol verən bir ölkə olduğunu vurğulayan SDE rəhbəri bildirib ki, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı ötən həftə açıqladığı hesabat bunu bir daha təsdiq etdi: “Ötən ilin aprel-iyul ayları arasında Ermənistanda keçirilən etiraz aksiyaları vəhşiliklə yatırıldı, 2100-dən çox nümayişçi saxlandı. Polis etirazçılara, aksiyaları işıqlandıran media nümayəndələrinə, müxalifət nümayəndələrinə qarşı sərt davrandı, ölkənin siyasi partiyalar, məhkəmə orqanları təqiblərə məruz qadılar, həbs edildilər. Bu hadisələrin belə nəzərə alınmaması və Ermənistanın bu demokratiya adını daşıyan bir sammitə dəvət olunması böyük biyabırçılıqdır”.
Qeyd edək ki, Türkiyə də sammitə dəvət almayıb. Mozambik, Tanzaniya, Honduras, Qambiya “demokratiya sammitii”ndə iştirak kriteriyasına cavab verir, Türkiyə yox? Bu yolla ABŞ Türkiyədəki seçkilərə də təsir göstərmək istəyirmi?” sualımıza ehtiyatda olan general-mayor belə cavab verib: “Türkiyə Suriyada insan haqları pozuntuları nəticəsində bu ölkədən qaçan qaçqınları, didərginləri qəbul edən, Yunanıstan isə ona dəniz vasitəsilə pənah gətirən miqrantları - uşaq və qadınlar dolu olan qayıqları batırıb, onların ölümünə səbəb olan ölkədir. Hər iki NATO-ya üzvdür. Yunanıstan bu sammitdə yer alır, Türkiyə yox. Yəni bu fakt da bir daha təsdiq edir ki, ABŞ bu sammiti məqsədyönlü, qərəzli etməklə ökələri, bölgələri, xalqları parçalayıb hökm etmək istəyir. Təbii ki, Türkiyədə seçkilərə də müdaxilə etmək cəhdləri var. Amma bununla heç nəyə nail ola bilməyəcəklər. Odur ki, belə “Demokratiya sammitlərindən” demokratiya gözləməyə dəyməz və onların bu fəaliyyətini ciddyə almaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual