
Ucuz Fransanın ləyaqətsiz addımı: Mədəniyyət xadimləri ortaq dəyərdir -ŞƏRH
13:37 15.03.2024
Siyasət
625
Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı toxunduğu məqamalardan biri də görkəmli şair Xurşidbanu Natəvanın Fransanın Evian şəhərindəki büsdünə edilən hörmətsizlik idi. Ölkə başçısı Natavanın heykəlinə qarşı vandallığı əks etdirən şəkilləri göstərib.
“Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi”, - prezident deyib.
İlham Əliyevin Fransa ilə bağlı XI Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə münasibət bildirən politoq Turan Rzayev “Sherg.az”a deyib ki, siyasi ambisyalara idmanı, mədəniyyəti, incəsənəti alət etmək sözün əsil mənasında ucuzluq və ləyaqətsizlikdir:
“Çünki qeyd etdiyim bu sahələr siyasətdən ya da siyasi şəxslərin ambisyalarından uzaq olmalıdır. İdman, mədəniyyət, incəsənət, ha belə bu sahələrdəki şəxslər universaldır və ortaq dəyərdir. Azərbaycan Fransadan fərqli olaraq mübarizəni mədəniyyət xadimləri üzərindən və yaxud onların heykələrini təhqir etməklə aparmır. Əksinə olaraq onlara hörmət bəsləyir və müdafiə edir. Xurşidbanu Natəvan iki ölkə üçün mühüm şəxsdir. Belə ki, Xurşidbanu Natəvanın vaxtilə fransız yazıçısı Aleksandr Dümanı qonaq edib. Hətta Xan qızı sonda onu dəyərli hədiyələr ilə bir başa öz ölkəsinə yola salıb.
Bunu ona görə qeyd edirəm ki, paytaxt bakıda fransız prezidenti Şarl de Qollun da barelyefi var. Fransa gözləyir ki, biz də onların heykəlinə qarşı bənzər hərəkətlər edək. Bütün hallarda biz Fransa deyilik. Bizim mədəniyyətimiz də, siyasi əxlaqımız da üzdə deyil əməldədir”.

Politoloq qeyd edib ki, rəsmi Bakının Parisə cavabı ortaq dəyərlərə və mədəniyyət xadimlərinin heykəllərinə təhqir edilməsi fonunda olmayacaq:
“Azərbaycanın Fransaya cavabı hər zaman daha efektiv və təsirli olub. Məsələn, bir müddət öncə ifşa edilən Fransa agentura şəbəkəsi buna gözəl misal ola bilər. Bu hadisə Fransanın son 200 illik tarixindəki ən böyük fiasko idi. Eyni zamanda Bakı təşəbbüs qrupunun təşkil etdiyi görüşlərdə Yeni kaledonyadan, Korsikadan və Fransanın digər müstəmləkələrindən gələn təmsilçilərlə iştirak edib öz haqq səsini çatdırması da buna misaldır. Fransa öz tarixinə və siyasətinə uyğun addımlar atır. Bu gün Marselin ermənilərin məskunlaşdığı Pomon məhəlləsindəki “Pasteur” meydanında erməni terrorçu Soğomon Tehliryanın büstü təntənəli şəkildə açılacaq. Açılışdan sonra Pomon Erməni Apostol Kilsəsinin zalında anım tədbiri keçiriləcək. Bu həmin Soğomon Tehliryandır ki, 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci Dünya müharibəsi başlayanda türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb. Tehliryan orada həbs edilib, qısa sürən məhkəmə prosesi erməni faşistlərinin tamaşasına çevrilib. Ermənilər bu prosesdən qondarma “erməni soyqırımı”nın təbliğatı üçün istifadə ediblər.
Nəticə etibarilə bu Fransanın bir daha teroru, separaçılığı dəstəkləyən faşist, neokolonialist, türkfob, islamafob ölkə olduğunu göstərir. Bu ölkənin Prezidenti Emanuel Makronda bu siyasəti bir başa dəstəkləyən şəxsdir. Bu həmdə prinsipiallığı, qətiyyəti olmayan Makronun dünya siyasətində lider kimi qəbul edilən Prezdent İlham Əliyev kimi nüfuzlu siyasətçilərdən çəkindiyini sübut edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə