Uyğurlar aksiya keçiriblər
Yusif Nəzərli
12:09 12.01.2022
Siyasət
582
Çin Sincan bölgəsindəki mədəni soyqırımı dayandırmır. Çin uyğurlara qarşı təzyiq siyasətini davam etdirir. ABŞ-ın “The Atlantic” dərgisində dərc olunan məqalədə Pekinin 1 milyona yazın uyğuru “əmək düşərgələrindən” keçirdiyi bildirilib. Buna etiraz olaraq uyğurlar BMT-nin ofisi qarşısında Çin əleyhinə “Qara Gün” aksiyası keçiriblər.
Amerikan nəşrində bunlar yer alıb: “Uyğurlara qarşı hədəf yalnız düşərgələrlə məhdudlaşmır.
2016-cı ildən bəri onlarla məzarlıq və dini yer dağıdılıb. Sincan məktəblərində çin dilinin xeyrinə uyğur dili qadağan edilib. İslam dininə etiqad edən, üstünlük təşkil edən uyğur inancı “ekstremizmin əlaməti” kimi ruhdan salınıb”. Məqalə müəllifi yazıb ki, mövcud şəraitdə uyğurların haqlarını və mədəniyyətini qorumaq yükü ölkədən kənarda yaşayan uyğurların üzərinə düşüb. Müxtəlif ölkələrdə yaşayan uyğurların üzərinə düşən yük onların vətənlərində baş verənləri beynəlxalq aləmə yaymaqdır.
Məqalə müəllifi İngiltərə, Fransa, Türkiyə və ABŞ-da yaşayan uyğurlardan müsahibə alıb. Onların hamısı uyğur irsinin gələcək nəsillərə ötürülməsini təmin etmək üçün fəallıq göstərirlər. Vaşinqtonda yerləşən Uyğur İnsan Haqları Təşkilatının lideri Ömər Kanat müsahibəsində deyib: “Hər bir uyğur indi çox böyük psixoloji təzyiq altındadır. Gecələr yata bilmirik”. Təşkilatın məlumatına görə, yüzlərlə tanınmış uyğur mədəniyyət xadimi, o cümlədən müğənni, musiqiçi, romançı, alim və akademik 2017-ci ildən bəri saxlanılıb, həbs edilib və ya yoxa çıxıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol