“Vahid Rusiya”çı Milonovun davranışında heç nə dəyişmədi" - Millət vəkili
11:59 09.01.2022
Siyasət
630
“O, Azərbaycanla Türkiyəyə yanaşmada düşməncəsinə davranışı, təhqiredici ifadələri və Xankəndinə qanunsuz səfərləri ilə tanınır"
“Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Xankəndinə qanunsuz səfərinə görə, hakim “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevə etiraz məktub göndərib”.
“Sherg.az”ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, Rusiya Dövlət Dumasının Vitali Milonov deyilən və hakim partiyadan olan məhdud siyasi məsuliyyətli bir üzvü var:
“O, Azərbaycanla Türkiyəyə yanaşmada düşməncəsinə davranışı, təhqiredici ifadələri və Xankəndinə qanunsuz səfərləri ilə tanınır. Bir il bundan qabaq Yeni Azərbaycan Partiyası etiraz məktubu göndərərək Vitali Milonovun xalqımıza qarşı təhqiredici ifadələr işlətməsini, 44 günlük savaş zamanı da, ondan öncə də Qarabağa gedərək oradakı seperatçı ünsürlərə dəstək verməsini “Vahid Rusiya”nın rəhbərliyinin diqqətinə çatdırmışdı. Amma təəssüf ki, o vaxtdan “Vahid Rusiya”çı Milonovun davranışında heç nə dəyişmədi. O, yenə Xankəndinə qanunsuz səfər etdi. İndi isə artıq görürük ki, Prezident İlham Əliyev özü “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedyevə məktub yazaraq Milonovun hərəkətlərinə qəti etirazını bildirir”.
Parlament üzvü qeyd edib ki, bu, o deməkdir ki, sadəcə Milonovun hərəkəti yox, təmsilçisi olduğu partiyanın onun hərəkətlərini görməzdən gəlməsi də rəsmi Bakıda açıqlanmaması mümkünsüz sayılan narazılıq yaradıb:
“Bu məktub bir xəbərdarlıqdır ki, Azərbaycan torpağında işğalçılara, seperatçı-terrorçu ünsürlərə yer olmadığı kimi, onlara dəstək verənlərə də yer yoxdur, olmayacaq! Kim olur-olsun, onun təmsilçisinin torpaqlarımız üzərində suverenliyimizə xələl gətirəcək hərəkətlərini Azərbaycan nəinki görməzdən gələcək, həm də qətiyyətlə qarşısını alacaq. Maraqlı geosiyasi gedişlərin baş verdiyi bir dövrdə yazılan və yazıldığı açıqlanan bu məktub həm də o deməkdir ki, Azərbaycan səmimi dostluğa, qarşılıqlı faydaya dayanan əməkdaşlığa açıqdır. Kiminsə hegemonluğuna, ayıcasına və ağacasına davranışa isə əsla yox!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm