
"Xəyanətkar Paşinyan" - Ermənistan İrana arxayın olub
09:17 27.07.2023
Siyasət
472
Amma Azərbaycan güclü Türkiyə ilə birlikdə Zəngəzur dəhlizinin açılmasına nail olacaq
++++
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı problemin Ermənistanla deyil, İranla bağlı olması barədə bəyanatına münasibət bildirib. Baş nazir deyib ki, Ərdoğanın açıqlamasından sonra İrəvan hökuməti öz mövqeyini və təəssüratını Türkiyə ilə də bölüşüb: "Ermənistan Respublikasının ərazisində heç bir “dəhliz” fəaliyyət göstərə bilməz. Brüsseldəki son görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, Ermənistan ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməli olan yolları açmağa hazırdır”.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, 44 günlük müharibədən sonra Ermənistan əraziləri məhz Nikol Paşinyan tərəfindən bölgədə maraqlı olan ölkələr arasında paylanılıb. Analitik bildirib ki, Gümrü rusların nəzarətində idisə, Zəngəzur da İranın nəzarətinə verilib:

"Ölkənin qalan hissələri üzərində isə Qərb dövlətləri söz sahibidir. Onsuz da Paşinyan qərbyönlü siyasətçi kimi tanınır. Ermənistan Baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı mənfi mövqe sərgiləməsi və ara-sıra "sərt açıqlamalar" verməsi anlaşılandır. Paşinyanın bu tipli sözləri daxilə, erməni ictimaiyyətinə hesablanıb. Çünki Qarabağdan de-fakto imtinaya görə, həm müxalifət cəbhəsi, həm də erməni diasporu Nikol Paşinyana qarşı açıq mübarizə aparır, baş naziri sərt formada tənqid edirlər. Onu xəyanətdə suçlayırlar. Əgər Zəngəzur dəhlizində də geri çəkilsə, baş nazir üçün vəziyyət daha da gərginləşər. Ona görə də İrana arxayın olaraq, Zəngəzur dəhlizinin reallaşmasına dirəniş göstərir. Məsələ ondadır ki, hələ Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası getməyib. Yəni Azərbaycan istədiyi bölgəni nəzarətinə götürə bilər. Ermənistan təkbaşına qarşımızda dura bilməz. O səbəbdən bu məsələdə İran, Rusiya və Qərb ölkələrindən dəstək almaqdadır. Amma Azərbaycanın da yanında güclü Türkiyə və nüvə derjavasına sahib Pakistan kimi ölkələr var. Bütün mümkün vasitələrdən istifadə edərək Zəngəzur dəhlizinin açılmasına nail olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət