XİN başçısı: Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi
15:36 26.08.2025
Siyasət
360
Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi.
APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, 2023-cü ilin sentyabrında Ermənistan rəhbərliyinin növbəti dəfə separatçı rejimi qondarma müstəqillik münasibətilə təbrik etməsi, qondarma rejim tərəfindən “prezident seçkilərinin” keçirilməsi, eləcə də Ermənistanın bölgəmizdən tam olaraq çıxarılmamış qanunsuz silahlı birləşmələrinin davam edən təxribatları antiterror tədbirlərinə start verilməsini labüd etdi: "Bu əməliyyatlarla ölkəmizin suverenliyi 24 saatdan az bir müddətdə, beynəlxalq humanitar hüquqa əməl etməklə tam bərpa olundu. Azərbaycan tərəfi əməliyyat bitəndən iki gün ərzində BMT agentliklərinin nümayəndələrini və iki BMT missiyasının, eləcə də xarici ölkələrin səfirliklərinin bölgəyə səfərlərini təşkil edərək, iddiaların əksinə əməliyyatlar zamanı heç bir mülki əhali və obyektlərin hədəfə alınmadığını və bölgədə külli miqyasda hərbi texnika cəmləşdiyini bütün dünyaya nümayiş etdirdi, bununla atılan addımların beynəlxalq hüquqa uyğun və legitim olduğunu sübut etdi. Bu proses həm də sülh sazişi üzrə danışıqlara müsbət rəvac verdi. 2023-cü il antiterror tədbirlərindən sonra, Ermənistanın uzun müddət danışıqlar prosesində irəlilətməyə çalışdığı Qarabağ mövzusu danışıqlar masasından tam kənarlaşdırıldı. Yeni reallıqlar fonunda, Rusiya sülhməramlılarının mandat müddətindən 1 il yarım əvvəl bölgədən çıxması isə sülh prosesinə əlavə təkan verdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya