XİN Qarabağda qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlərlə bağlı görülən tədbirləri açıqlayıb
Yusif Nəzərli
08:18 08.12.2021
Siyasət
407
“İşğal dövründə həmin ərazilərdə qanunsuz iqtisadi fəaliyyət göstərən bəzi şirkət və fərdlərlə bağlı tədbirlər həyata keçirilir. Bunlar dövlətlərarası şikayətə aid olmadğına görə, həmin şirkətlərin fəaliyyət göstərdiyi ərazilər, hüquqi qərar və başqa amillərdən asılı olaraq təhlillər aparılır. Hər bir konkret halda təhlillərin nəticəsindən asılı olaraq bu tədbirlərin görülməsi ilə bağlı qərarlar verilir” .
“Report”un xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“Ona görə də bu məsələnin dövlətlərarası şikayətlər çərçivəsində baxılması nəzərdə tutulmur. Çünki burada kağız üzərində qalacaq məhkəmə qərarından söhbət getmir. Söhbət sonradan həmin məhkəmə qərarının icrasından gedir. Bunun üçün də vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirən fərdlərin, hüquqi şəxslərin müəyyən aktivləri mövcud olmalıdır ki, həmin aktivlərə qarşı məhkəmə qərarı icra edilə bilsin”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət