Yaponiyanın Rusiyanın 9 şirkətinə sanksiya tətbiq etməsi bloklaşmanın nəticəsidir - ŞƏRH
13:45 24.05.2024
Siyasət
506
Yaponiya Şimali Koreyadan silah tədarükündə iştirakına görə Rusiyanın 9 şirkətinə və bir fərdi şəxsinə sanksiya tətbiq edəcəyini açıqlayıb.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayasi sözügedən məsələ ilə bağlı açıqlaması zamanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq Rusiyanın Şimali Koreyadan silah transfer etməsini sərt şəkildə qınadığını deyib.
“Rusiyanın Ukraynaya müdaxiləsi davam etdiyi üçün beynəlxalq ictimaiyyətlə əlaqələndirmə son dərəcə vacibdir”, - deyə Yoşimasa Hayasi bildirib.
Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, sanksiya tətbiq edilən şirkətlərin və fərdin Yaponiyadakı bütün əmlakları dondurulacaq. Rəsmi Tokio Kiprin 2 şirkətinə də eyni səbəbə görə sanksiya tətbiq edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Yaponiya “Böyük yeddilər” (G7) qrupu ilə koordinasiyalı şəkildə Prezident Vladimir Putin də daxil olmaqla Rusiyanın dövlət rəsmilərinə və qurumlarına qarşı sanksiya tətbiqinə başlayıb.
Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlaması zamanı bildirib ki, hazırkı məqamda Rusiyanın Yaponiyaya konkret addımlarla cavab verməsi gözlənilirmir:
"Artıq yüz ildən çoxdur ki, Yaponiya və Rusiya arasında həm adalar məsələsində, həm də ümumdünya siyasətində anlaşılmazlıqlar var. Lakin bu günə kimi nə Rusiya Yaponiya üzərində, nə də Yaponiya Rusiya üzərində konkret üstünlük qura bilib. Yaponiyanın Rusiyanın 9 şirkətinə sanksiya tətbiq etməsi Uzaq Şərqdə xüsusən də Sakit okean hövzəsindəki geosiyasi gərginliyin dərinləşməsinə yol açacaq. Ümumiyyətlə Yaponiya və Rusiya arasındakı münasibətlər tarixi rəqabət prizmasından çıxıb dostluq, ən azından tərəfdaşlıq səviyyəsinə yüksələ bilər. Lakin Yaponiya və Rusiya artıq fərqli bloklarda yer almağı seçmiş kimi görünür".
Analitik əlavə edib ki, Yaponiya Qərb blokuna xüsusilə ABŞ ilə müttəfiqlik əlaqələrinə üstünlük verir:
"Buna cavab olaraq Rusiya Çin ilə bərabər Şərq blokunu formalaşdırmağa çalışır. Artıq Uzaq Şərq tamamən fikir ayrılıqlarına doğru yol alır. Yaponiyanın Rusiyanın 9 şirkətinə sanksiya tətbiq etməsi bu bloklaşmanın nəticəsidir".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət