
Yeni Azərbaycanın qurulması dövrü gəlib çatıb
13:46 22.06.2024
Siyasət
537
Siyasi islahatlar dərinləşir
Milli Məclis Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən bəzi millət vəkillərinin təklifinə əsasən növbədənkənar deputat seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət ünvanlayıb. Vurğulanıb ki, indiki zamanda belə bir müraciət edilməsinin bir neçə səbəbi var. Səbəblərdən biri ilk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasının zəruriliyidir. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb isə seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək. YAP-dan olan deputatlar məhz bu arqumentlər əsasında parlamentin buraxılması, vaxtından 2 ay əvvəl növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bunun gözlənilən addım olduğunu deyib. Analitikin qənaətincə, həqiqətən də, prezident seçkiləri yeni dövrün başlanğıcını qoydu:

"Azərbaycanın suverenliyi bütün ərazimizdə təmin olundu. Qarabağ məsələsi tamamilə həll edildi. Azərbaycan öz tarixində, müstəqillik dövründə ilk dəfə ərazi bütövlüyünü bərpa etdi. Siyasi islahatların daha da dərinləşməsi, sözün həqiqi mənasında yeni Azərbaycanın qurulması dövrü gəlib çatdı. İndiyə qədər münaqişə və Qarabağ məsələsi bizə həddindən artıq mane olurdu. Dəfələrlə elan olunmasına baxmayaraq, islahatların dərinləşməsi istiqamətində arzuolunan addımlar atmaq mümkün olmurdu. Əlbəttə, digər səbəblər də mühümdür. Məsələn, noyabr ayında tariximizin ən mötəbər beynəlxalq tədbirini keçirəcəyik. COP29 tələb edir ki, seçkilər bir qədər önə çəkilsin, tədbirlə eyni aya, günlərə təsadüf etməsin. Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüslə çıxış etməsi və Milli Məclisin də bunu qəbul edərək parlamentin buraxılması üçün dövlət başçısına müraciəti təqdirəlayiq və alqışlanmalı addımdır. Ümid edirik, yeni parlament dövrün tələblərinə, müasir çağırışlara cavab vermək iqtidarında olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm