
Yeni tərəfdaşlıq səlnaməsi: Aİ-nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır
14:15 25.04.2025
Siyasət
726
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq strateji xarakter almağa başlayıb. Bu münasibətlər enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat marşrutlarının şaxələndirilməsi, iqlim dəyişikliyi və regional sabitlik kimi bir sıra prioritet sahələr üzrə inkişaf edir. Xüsusilə Avropada enerji asılılığının minimuma endirilməsi və alternativ mənbələrin axtarışı fonunda Azərbaycanın rolu daha da ön plana çıxır. Bu kontekstdə, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaya Kallasın Azərbaycana reallaşdırdığı səfər ikitərəfli münasibətlərdə mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində ölkə başçısı ilə baş tutan görüş, tərəflər arasında qarşılıqlı maraqların daha aydın şəkildə ifadə olunması, əvvəlki illərdə Aİ-də formalaşmış müəyyən stereotiplərin aşınması və Azərbaycanın regional aktor kimi əhəmiyyətinin qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kaya Kallasın regiona, xüsusilə Xəzər-Qara dəniz dəhlizinə dair vurğuladığı məqamlar Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də Avrasiyanın nəqliyyat, logistika və təhlükəsizlik strukturunda əsas oyunçulardan biri kimi qəbul edildiyini göstərir. Bu məqamlar fonunda, Kaya Kallasın səfəri Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi, yeni səhifənin açılışı və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilə bilər. İrəliləyən mərhələlərdə bu səfərin doğuracağı institusional nəticələr və siyasi rezonans, ikitərəfli əlaqələrin yeni müstəviyə keçidini daha da stimullaşdıra bilər.
Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul etməsi Aİ-nin Azərbaycanla əməkdaşlığı davam etdirməsinin və rəsmi Bakının necə önəmli tərəfdaş olmasının göstəricisidir:

“Avropa İttifaqı Rusiya və Ukrayna müharibəsi kontekstində böhran yaşayır. Həmin böhran enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının işləməməsi səbəbindən Avropa iqtisadiyyatına güclü şəkildə təsir etməsiylə bağlıdır. Rusiyadan Avropaya gedən enerji daşıyıcıları, qaz xətləri hazırda funkusional deyil. Yaxın Şərqdən gələn alternativ qaz boru xətləri də təhlükəsizliyə cavab vermir. Avropa İttifaqının yeganə güvənəcəyi stabil, təhlükəsiz enerji təminatçısı Azərbaycandır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana gəlməsində əsas məsələ budur. Cənab prezident görüşdə vurğulayıb ki, Azərbaycan Avropanın 10 və Avropa İttifaqının 8 ölkəsiylə qaz təchizatının təminatıyla bağlı müqavilə imzalayıb. Eyni zamanda 4 ilə yaxındır fəaliyyət göstərən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyinə çox önəmli töhfə verir. Cənub Qaz Dəhlizi Trans-Anadolu Qaz Boru Kəməriylə Trans-Adriatik boru xəttinin birgə layihəsi şəklində Azərbaycanın Xəzər dənizində olan qaz enerji resurslarının Avropaya qədər olan plandır”.
Parlamentari qeyd edib ki, Azərbaycan transport və kommunikasiya xətti baxımından da Avropa İttifaqı üçün önəmli tərəfdaşdır:
“Çünki yalnız Azərbaycanın hesabına Orta dəhliz təhlükəsiz şəkildə fəaliyyət göstərir. Hətta alternativ enerji mənbələrinin Avropa bazarlarına daşınması baxımından da Azərbaycan vacib ölkədir. Azərbaycan ənənəvi neft-qaz təchizatı ilə yanaşı Avropaya alternativ enerji mənbələrinin istehsalı və ixracını da təşkil edir. Xəzər dənizində bərpa olunan, külək və günəş enerjisi mövcuddur. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra gələcəkdə yaşıl enerjinin ixracı mümkündür. Bütün bunları nəzərdən keçirdikdə Azərbaycanın Avropa İttifaqı üçün nə qədər önəmli ölkə olduğunu görürük. Avropa İttifaqı və Azərbaycan arasında hümanitar və iqtisadi əlaqələr keçmişdə yüksək səviyyədə aparılıb. Lakin Fransa kimi ermənipərəst qüvvələrin təqsirinə görə həmin əməkdaşlıqlar iflasa uğrayıb. Avropa İttifaqı anlayır ki, Azərbaycana qarşı destruktiv siyasət aparmaq heç kəsə xeyir verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm