Zelenskidən Putinin saxlanılan yaxın adamı ilə bağlı Rusiyaya təklif
Yusif Nəzərli
07:52 13.04.2022
Siyasət
651
Ukrayna Prezidenti Volodimir Zelenski həbsdə olan xalq deputatı, Rusiya Federasiyasının başçısı Vladimir Putinin qızının “xaç atası” Viktor Medvedçukla bağlı Rusiya tərəfinə təklif verib.
Ukrayna lideri bu barədə yeni videomüraciətində bildirib.
“Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu adamınızı Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək”, - deyə Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, Medvedçuk 50 günə yaxındır ki, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də) saxlanılması çox simvolikdir.
“O, 48 gün gizləndi və nəhayət, qaçmağa cəhd etmək qərarına gəldi. Bu, “kosmonavt” üçün sözün pis mənasında məşhur “Getdik” şüarı işə yaramadı. Onun hərbi kamuflyajdan istifadə etməsini xüsusilə həyasızlıq hesab edirəm. Bu cür maskalamağa çalışıb. Belə bir “döyüşçü”... Belə bir “vətənpərvər”. Ancaq Medvedçuk özünə hərbi forma seçibsə, deməli, hərbi vəziyyətin qaydaları ona da şamil edilir”, – deyə prezident əlavə edib.
Xatırladaq ki, aprelin 12-də axşam Zelenski özünün “Telegram” kanalında Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Viktor Medvedçukun saxlanıldığını bildirib. Prezident xalq deputatının əliqandallı fotosunu paylaşaraq, təfərrüat barədə daha sonra ətraflı məlumat verəcəyini deyib.
Mənbə: UNIAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət