
Zəngəzur dəhlizinin açılması Ermənistanın blokadadan çıxması deməkdir - POLİTOLOQ
10:42 12.08.2025
Siyasət
498
"Ermənistan, sülh müqaviləsi imzalanandan sonra həm Azərbaycan kommunikasiya sistemlərindən istifadə edərək dünyaya, xüsusi ilə də Orta Asiya, Rusiya və İrana açılacaq"
Vaşinqtonda baş tutan son görüş Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişənin yekun həlli üçün paraflanan sülh sazişi regionda sülh və sabitliyə aparan yolun əsasını qoydu.
Bu eyni zamanda Ermənistanın beynəlxalq arenada, xüsusilə ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələyə keçməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bütün bu inkişaflar Cənubi Qafqazda qarşıdurmaların yerini əməkdaşlıq və rifahın alacağı yeni bir dövrün başlanğıcını müjdələyir.

Politoloq Oqtay Qasımov Sherg.az-a Vaşinqtonda baş tuyan görüşdən və Ermənistanın sazişdən sonra əldə edəcəyi inkişafdan danışıb:
"Vaşinqtonda keçirilən görüş Güney Qafqazda yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan və Ermənistan 40 ilə yaxın davam edən münaqişədən sonra yekun sülh sazişinin imzalanmasına doğru daha bir addım atdı-sülh müqaviləsinin mətni paraflandı. Bu, tarixi hadisə ilə bərabər Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə daxil oldu. Bundan başqa Ermənistan Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə verilməsinə razı oldu. Əsas məsələ odur ki, tərəflər bundan sonra bölgədə sülh və sabitlikdə maraqlı olduqlarını qeyd etdilər. Yenidən qarşıdurmalara, hərbi toqquşmalara, savaşlara yol olmadığını bildirdilər. Bundan sonrakı dönəmdə bölgədə sülh, əməkdaşlıq və rifah dönəmi olması ilə bağlı mövqe sərgilədilər".
Politoloq sazişin imzalanmasının Ermənistan üçün olduqca mühim hadisə olduğunu vurğulayıb:
"Zəngəzur dəhlizinin açılması Ermənistanın faktiki olaraq blokadadan çıxması deməkdir. Ermənistan, sülh müqaviləsi imzalanandan sonra həm Azərbaycan kommunikasiya sistemlərindən istifadə edərək dünyaya, xüsusi ilə də Orta Asiya, Rusiya və İrana açılacaq. Eyni zamanda Türkiyə üzərindən Avropaya daha rahat çıxış əldə edəcək. Rəsmi İrəvanın Türkiyə ilə münasibətləri güclənəcək. Bütün bunlar Ermənistanın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından mənafeyinə uyğun hadisədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm