Qadınlara və uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında Azərbaycan hökumətinə dəstək verməyə hazırıq.
APA xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib. O, çıxışı zamanı evlilik yaşının həm kişi, həm də qadınlar üçün 18 yaş olmasını dəstəkləyib.
Vladanka Andreeva həmçinin qeyd edib ki, "uşaq evliliyi"nə qarşı mübarizə məsələsi hələ də aktual olaraq qalır.