Yeni trend: Sosial şəbəkə istifadəçilərinin poeziya duyumu yoxlanılır

Sosyal şəbəkələrdə maraqlı  trend başladılıb. Belə ki, izləyicilər hər hansı şairin, yazıçının şeir və fikirlərini sitat gətirərək izləyiciləri ilə bölüşür. Misal olaraq Aşıq Ələsgər deyiləm, amma gözüm bir alagöz xanıma düşüb, Nüsrət Kəsəmənli deyiləm, amma  getmək istəyirsən bəhanəsiz get,  Məmməd Araz deyiləm,amma yüz il qoşa atılsaq da qoşa düşmərik.

Sözügedən trendlə bağlı danışan sosioloq Lalə Mehrəli “Sherg.az”a bildirib ki, belə trendləri izləyir və çox bəyənirəm:

"Bir vaxtlar uşaqlıq, gənclik dövrünün şəkillərini paylaşmaq dəbdə idi. Şəxsi məlumatları əks etdirmirsə, bu tip paylaşımlar narahatçılıq doğurmur. Təbii ki, bunlar əyləncə məqsədi ilə izləyicilərlə bölüşülür.  Sosial şəbəkə istifadəçilərinin poeziya, şeriyyət duyumu bir növ yoxlanılır. Sosial platformalarda əxlaqa zidd videoları izləməkdənsə, bu trendin yaranıb ,geniş yayılması təqdirəlayiqdir ".