2023-cü ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% artaraq 70,2 milyard manat təşkil edib.
“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin adambaşına düşən nominal gəliri 6 917,1 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2% artıqdır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, ötən ilin əvvəlindən əməkhaqqının, pensiya vəsaitlərinin artması və yaşam tərzinin yüksəlməsi əhalinin gəlirinə müsbət təsir göstərib:
"Bu baxımdan verilən statistika həqiqəti əks etdirir. 12.8 faiz gəlir artımının demək olar ki, 10 faizini inflyasiya yeyib atdığına görə ciddi bir artım yoxdur. Bir sözlə, inflyasiya sürətli olduğuna görə, bu gəlir artımı əhalinin sosial vəziyyətinə ciddi təsir göstərməyib".