Dünəndən etibarən “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb.
Bu barədə Trend-ə “Bolt” taksi şirkətinin sürücüləri məlumat veriblər.
Onların sözlərinə görə, artım bütün sifarişlərə aiddir.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məslələri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda taksi xidmətləri ilə bağlı qiymət artımı olmayıb:
"Sadəcə olaraq minumum qiymət olaraq 2 manat 50 qəpik təyin olunub. Bu baxımdan hansısa, taksi şirkətinin qiymətləri yüksək edəcəyi adi bir informasiyadır. Yəni, bunun nə dərəcədə real olmasını yalnız həmin şirkət bilər. İnanmıram ki, qiymətlərdə artım olsun. Çünki 10 faiz qiymət artırmaq taksi şirkətinin bağlanmasına şərait yaradar. Bu baxımdan belə bir addımın atılması indiki şəraitdə mümkün deyil".