Dovşanı qovan Ağ Əjdaha bizə nə vəd edir: Astroloqdan PROQNOZ

Şərq təqviminə görə, 2024-cü il “Əjdaha ili”dir. 2024-ci ildə mavi-yaşıl rəng üstünlük təşkil edəcək. “Əjdaha ili”nin elementi ağacdır. “Əjdaha ili” 10 fevral 2024-cü ildə başlayıb 28 yanvar 2025-ci ildə bitəcək.
Bəs “Əjdaha ili”də bürcləri nələr gözləyir?
"Hər bir ilin özünə məxsus xarakteristikası var. Ona görə dəbiz  ona uyğun olaraq hərəkət edirik ".                                                           
Bu sözləri "Sherg.az"a açıqlamasında Astroloq Səbuhi Rəhimli deyib. Onun sözlərinə görə, pələng dovşan və pişik illəri dünyanı qarışdıran dövr kimi səciyyələndirilir:


"Məsələn, dünya müharibələrinin hər ikisi pələng ilində baş verib. İkinci dünya müharibəsindən sonra Rusiya-Ukrayna savaşı ən böyük müharibə sayılır. Amma əjdaha ili daha çox sülhlə yadda qalan bir vaxt olacaq. Tarixi xronologiyaya əsasən, əjdaha ilində hər hansı böyük müharibə olmayıb. Aktiv fəaliyyətin,fərdi inkişafın,təbiətə və insanlara münasibətin dəyişməsi baxımından əjdaha böyük rol oynayacaq. İlin aparıcı planeti saturndur və i2024-ün qəhramanları oğlaqlar və dolçalar olacaq. Oğlaq bürcü torpaq ünsürü olduğuna görə, digər torpaq ünsürlərinə aid olan bürclərə də gələn il qismən daha rahat olacaq. Buna da qız və buğa burcü aiddir. Hava ünsürlərindən isə tərəzi və əkizlər bu qismə aid edilə bilər. Onu da qeyd edim ki, illərin öz dost  və rəqibləri var. Əjdahanın dostları siçovul, siçan və meymun, rəqibi  it ilində dünyaya gələnlərdir".