“Qarabağ dünən, bu gün və sabah” kitabı çapdan çıxdı

Beynəlxalq Qarabağ Təşkilatı Qarabağ Azadlıq Təşkilatının başladığı işi davam etdirərək, “Qarabağ dünən, bu gün və sabah” kitabının növbəti buraxılışını nəşr etdirib. 
"Sherg.az" xəbər verir ki. kitaba eyni adlı 22-ci elmi-əməli konfransın materialları daxil edilib. 
Burada Azərbaycandan tədqiqatçılar Əli Abasov, Firdovsiyyə Əhmədova, Qasım Hacıyev, Akif Nağı, Şamil Mehdi, Güntəkin Nəcəfli, İlqar Niftəliyev, Ramin Əlizadə, İsmayıl Musa, Novruz Novruzov, Rizvan Hüseynov, Rafiq Səfərov, Türkiyədən Ziya Zakir Acar, Gürsoy Solmaz, Sərpil Bayrak, Rusiyadan Mehdi Şərifov, İsveçrədən Elxan Həsənli, Ukraynadan Fərhad Turanlı, Gürcüstandan Səyyad Xəlilov və digər müəlliflərin əsərləri yer alıb.
Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Akif Nağı konfransın və kitab çapının əhəmiyyətini qeyd edərək bildirib: “Ermənilər Qarabağın, digər bölgələrimizin tarixini saxtalaşdırmaqda davam edir. Onların yalanları davamlı şəkildə ifşa olunmalıdır. Bu konfrans da həmin məqsədə xidmət edir”.