Su İdmanı Sarayında işçilərin maaşları azaldılıb.
Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, işçilərin əmək haqları 25-30% endirilib.
Qurumun bəzi əməkdaşları maaşlarının azaldılmasına etiraz olaraq işdən ayrılacaqlarını bildiriblər.
Faktı Su İdmanı Sarayının ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər.