Moda dünyasında olduğu kimi gözəllik aləmində də yeni illə birlikdə nəyin yüksələcəyi artıq maraq doğurur. Yüksək moda brendlərinin təqdim etdiyi dəb nümayişləri sayəsində 2024-cü ildə şəffaf detallar, körpə mavisi, həcmli çiyinli gödəkçələr və daha çox şeylərin görünəcəyini bilirik. Dəbli saç rənglərinə gəlincə, indi araşdırma aparmaq faydalıdır.
"Sherg.az" olaraq sizi bu bəladan xilas edib 2024-cü ildə yüksəlişdə olacaq saç rənglərini araşdırdıq
Ultra Açıq Sarı
Bu rəng 2023-cü ilin yayın əvvəlində görünsə də, gələn il də görməyə davam edəcəyimiz mütləqdir. Bu cür işıqlandırma tələb edən rəngləmə proseslərində bənövşəyi şampun və xüsusi bağ gücləndirici müalicələrdən istifadə etmək çox vacibdir.
Şaftalı Qırmızısı
Çox uzun müddətdir ki, mis qırmızının müxtəlif versiyalarının şahidi oluruq. 2024-cü ildə bunun daha yumşaq variantı olan "şaftalı qırmızısı" ilə qarşılaşacağıq. Saçlarında güclü dəyişiklik, həm də təbii görünməsini istəyənlər bu rəngi yüngül sarı əkslərlə sınaya bilərlər!
Tünd qəhvəyi darçın rəngi.
Daha əvvəl Emma Stounda gördüyümüz və Zendayanın bir müddətdir istifadə etdiyi bu rəng həm də təbiilik gətirir. Aralarındakı yüngül qırmızı əkslər bu saç rənginə dinamizm qatmağı bacarır.
Təbii Qəhvəyi Sarısı
Sarı və qəhvəyi rənglərin möhtəşəm kombinasiyası olan "Blended Bronde"nin 2024-cü ilin trend saç rəngləri arasında yerini alacağına zəmanət verilir. Bu saç rənginin sehri isti qaraşın tonların cəlbediciliyi ilə sarışın cazibəsi arasında qalanlar üçün mükəmməl bir tarazlıq təmin edir. Üstəlik həm qış, həm də yay aylarına uyğundur!