Ali Məhkəmə vətəndaşın xeyrinə qərar çıxartdı -FOTOLAR

İddiaçı İlham Məmmədovun ailəsinə ünvanlı sosial yardımın ödənilməsi bərpa edilib

Azərbaycanda Ali Məhkəmə vətəndaşın xeyrinə qərar qəbul edib. Belə ki, vətəndaş İlham Məmmədov "ünvanlı sosial yardımın bərpa edilməsi" tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldırıb. 
"Sherg.az"ın xəbərinə görə, iddiaçı İlham Məmmədovun ailəsinə 2016-cı il noyabrın 1-dən təyin olunmuş 272 manat məbləğində ünvanlı sosial yardım vətəndaşın "Ərizə bəyannaməsində" kənd təsərrüfatına yararlı torpaq sahəsinin olmamasına dair məlumatlar təqdim edilmədiyinə görə, ünvanlı sosial yardımın ödənişi 2017-ci ilin fevralın 1-dən dayandırılıb. Bundan sonra İ.Məmmədov ailəsinin ünvanlı sosial yardım almaq hüququnun müəyyən olunması ilə bağlı rəsmi qaydada Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) müraciət etməyib. Ona müvafiq məlumatları VEMTAS-a daxil etməklə elektorn qaydada müraciət etmək tövsiyə olunub.
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sosial yardımın dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və ödənişi dayandırılmış ünvanlı sosial yardımın 02.03.2017-ci il tarixdən bərpa edilərək, həmin tarixdən ödənilməsi barədə öhdəliyin ƏƏSMN-nin üzərinə qoyulmasını xahiş edib. İddiaçı tələbini onunla əsasladırıb ki, ailəsi 6 nəfərdən ibarətdir və çoxuşaqlı ailə olduğuna görə dövlət tərəfindən ailəsinə sosial yardım təyin edilib. 
İ.Məmmədov sosial yardım almaq hüquqları əsassız olaraq ləğv olunub. Bildirib ki, sosial yardımın ödənilməsinə əsas kimi onun adına torpaq mülkiyyət hüququna dair dövlət aktının olduğu deyilib. Amma onun adına torpaq sahəsinin olması barədə cavabdeh qurumun iddiası həqiqəti əks etdirmir. Çünki Şəki rayon Cumakənd bələdiyyəsi tərəfindən 2021-ci il tarixində verilmiş arayışa əsasən, ona və ailəsinə torpaq payı verilməyib. 
Tərəflər arasında məhkəmə çəkişmələri iddiaçı İlham Məmmədovun lehinə yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməyib. Cavabdeh ƏƏSMN iddiaçı İlham Məmmədova bütün instansiyalarda uduzub. Ali Məhkəmə əvvəlki instansiya məhkəmələrinin vətəndaşın lehinə çıxartdığı qərarı qüvvədə saxlayıb və iddiaçı İlham Məmmədovun ailəsinə ünvanlı sosial yardımın ödənilməsi bərpa olunub.