Təklif edirəm ki, "Əmək pensiyaları haqqında" qanunun 4 və 8-ci maddələrinə yenidən baxılsın.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat çoxuşaqlı ailə məsələsinə də baxılmasını təklif edib: “Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir.
Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır: “Biz bu təklifi dəstəkləyirik. Çox uşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.