Xalqımız bir neçə gün sonra Novruz bayramını qeyd edəcək. Novruz bizim milli dəyərlərimizi təcəssüm etdirir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sahibə Qafarova təklif edib ki, Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.
Təklif alqışlarla qəbul edilib.