İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 60.093 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
“APA-Economics”in Dövlət Xidmətinə istinadən xəbərinə görə, bu göstəricinin 9.349-u (15,5%) ilkin, 50.744-ü isə (84,5%) isə təkrar qeydiyyatın payına düşür.
2024-cü ilin yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 8.753, mənzil üzərində 13.248, torpaq sahəsi üzərində 36.258, qeyri-yaşayış binası üzərində 512, qeyri-yaşayış sahəsi üzərində 1.220, əmlak kompleksi üzərində 96, çoxmərtəbəli yaşayış binası üzərində isə 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14.886-sı Bakının, qalanı isə bölgələrin payına düşür.
Qeyd olunan dövrdə 43.765 texniki pasport tərtib edilib, 11.314 ipoteka müqaviləsi qeydiyyata alınıb.