Naxçıvanda əhalinin sayı artıb.
Bu barədə APA-nın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 1 fevral 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2862 nəfər və ya 0,6 faiz artaraq 468753 nəfər olub.