Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.
Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Ağcabədi rayon sakini olan 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bununla bağlı olaraq azyaşlının atası Sadiq Mirzəyev bir neçə dəfə polis şöbəsinə dəvət edilib.
Daha əvvəl Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.
Atasının tutulmasına etiraz edən Adəm video çəkərək kömək istədi və qısa zamanda xeyli baxış sayı qazandı.
Sosial şəbəkələr üzərində aparılan prosseslər və oradakı istifadəçilərin danışığı müzakirə ediləcək aktual mövzulardan biri olduğunu deyən psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, burada müəyyən yanlışlıqlar var:
"Bəziləri sosial platformaları bir-birindən ayırırlar. Söyləyirlər ki, tiktok pisdir, instaqram isə daha yaxşıdır. Ancaq sosial şəbəkələr yaradılarkən ilk vaxtlar münasibətlər fərqli olur. Məsələn, mənim ən güvənərək istifadə etdiyim sosial şəbəkə"linkedln"-dır. Müşahidələrimə əsasən, ərinə və ya arvadına xəyanət edənlər, vaxt keçirmək istəyənlər tərəf müqabilini faysbuk üzərindən tapır. Çünki bu vasitə ilə daha çox şəxsi ünsiyyət yaratmaq mümkündür. Ancaq bir növ tiktokun adı çıxıb. Bildirirlər ki, filan sosial platformada oturanlar tərbiyəsizdir. Əslində, insanın niyyəti önəmlidir. Təbii ki, sosial şəbəkə insan həyatının bir hissəsidir. Getdikcə bu insanın şəxsiyyət vəsiqəsinə çevrilir. Ora daxil olaraq fotolarına baxır, mütəxəsisdirsə, əməyini qiymətləndirilir. Yaxşı olardı ki, sosial şəbəkələr nəzarətə götürülsün. Zaman dəyişdikcə üzdə olan simalar dəyişir. Əvvəllər vinerlar, indi isə bloqerlər və tiktokerlər fəaliyyətdədirlər. Doğrudur, Stalin çox qəddar, iqbal, mənfur biri olub. Ancaq ona xəbərçilik edib öz qohumunun, qonşusunun yazdığı milyonlarla məktub əhaliyə məxsus idi. Müasir dövrdə tiktokerləri qaralayanlar müəyyən "kütlələr"-dir. İnsanın maraq dairəsinə uyğun keşfetinə videolar gəlir. Bəzən ağıllı insanlar belə, axmaq söhbətlər edirlər. Çünki auditoriya bunu tələ edir. Günümüzdə kibercinayyətkarlıq pik həddə çatıb. İnsanları intihar həddinə çatdıracaq paylaşımlar şərhlər olur. İstərdim ki, Daxili İşlər Nazirliyi bu işə daha böyük zaman ayırsın. Çünki dünyada realdan çox virtual cinayyətlər üstünlük təşkil edir. Azyaşlının çıxaraq bu tərzdə danışması problemi həll etmir. Yəqin ki, qohum-əqrabadan kimsə uşağı başa salıb".