Məktəb psixoloqlarından yalnış gözləntilər var.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, məktəb psixoloqu fərdi terapiya aparan şəxs deyil.
“Bir məktəb psixoloqu 800 şagirdə psixoloji xidmət verə bilməz. Şagirdlərin psixoloji davranışları ilə müəllimlər də məşğul olmalıdır. “Məktəblinin dostu” kimi layihələr şagirdlərə bu mövzudu da kömək üçüm əhəmiyyətlidir”,- deyə nazir əlavə edib.
Mövzu ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, cənab nazir bu məsələdə haqlıdır:
"Çünki fərdi və praktiki psixoloq bir- birindən fərqli anlayışlardır. Məktəb psixoloqu fərdi psixoloq hesab olunmur. Bəzi travmalar bir dəfə ilə deyil, müəyyən müddət təyin edilmiş seanslarla aradan qalxır. Məktəb psixoloqu praktik psixoluqdur, yəni, ancaq təhsil müəsisələrində çalışa bilərlər. Onlar ümumi qrup şəklində uşaqlarla dioqnastika aparır, şagirdlərin travmalarını üzə çıxartmaq üçün tərbiyəvi söhbətlər, testlər edirlər. Davranış pozuntusu varsa, fobiyanı üzə çıxardır və müəllimə, valideynə bu haqda məlumat verirlər. Onlar da həmin dioqnozla fərdi psixoloqlara müraciət edirlər. Bir sözlə, bu sistem düzgün şəkildə belə qurulmalıdır. Bir uşağın tərbiyyəsi şəxsiyyətin formalaşması deməkdir. İnsanı yetişdirmək asan deyil. Bunun üçün məktəbdə fəaliyyət göstərən müəllimlər, psixoloq, valideyn komanda şəklində mübarizə aparmalıdır".