İpotekaya xitam verilən hallar genişlənir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Sual yaranır. İpotekaya ev götürən şəxs ipotekadan imtina etsə, pulu tam geri qaytarılacaq?
Məsələni dəyərləndirən danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, xitam həm qanunla, həm də ipoteka şərtlərində öz əksini tapır:
"Burada ipotekanın xitam verilməsi ilə bağlı müəyyən şərtlər mövcuddur. Əgər verilən qaydalara uyğun prosses tamamlanmırsa, bu halda mənzil satışa çıxarılır. İpotekaya mənzil götürən şəxs vəsaitini geri götürür. Təbii ki, məbləğdən müəyyən tutulmalar baş verir. Bank təşkilatı vasitəsi ilə də ev hərraca çıxarılır".