
Paşinyan sülh sazişindən indi ikiəlli yapışıb - ŞƏRH
22:36 29.05.2024
Siyasət
575
Bakı ən doğru yolu göstərib Müqavilənin imzalanması revanşistlərin, Koçaryan-Sarkisyan cütlüyünün siyasi səhnədən birdəfəlik çıxması deməkdir “Bu həm də, erməni kilsəsinin öz rolunu itirməsi deməkdir. Kilsə hər zaman Ermənistanda hakim mövqedə olub. Ona görə də son müqavimətlərini göstərirlər”
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla sülhdən danışıb. Paşinyan bildirib ki, hər gün sülh sazişinin (Azərbaycanla) imzalanması üçün əla fürsətdir. Onun sözlərinə görə, məsələ bundadır ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Paşinyan buna nail olunacağına dair ümidini ifadə edib: “Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi əlavə müzakirə ediləcək başqa bir məsələdir”. Paşinyan ölkədə baş verənlərə də münasibət bildirib. Müxalifətin etiraz aksiyalarına diqqət çəkən baş nazir ölkədə daxili siyasi böhranın olmadığını söyləyib. O əlavə edib ki, dövlət orqanları öz funksiyaları çərçivəsində işləyirlər: "Ordu haqqında təsəvvürümüzün dəyişməsi ilə bağlı da açıqlama vermək istəyirəm. Ermənistanın orduya müharibə aləti kimi deyil, bütün digər dövlət qurumları kimi, sülh aləti kimi ehtiyacı var". Paşinyan əlavə edib ki, Ermənistanın 29.7 min kvadrat kilometr suveren ərazisi var və bu ərazi toxunulmazdır. Ərazi iddialarının təhlükə və riskləri barədə danışan Ermənistan rəhbəri erməniləri reallıqları qəbul etməyə çağırıb və qeyd edib ki, İrəvanın yürütdüyü siyasət reallıqlara söykənir. Baş nazir kommunikasiyalar və ya nəqliyyat dəhlizlərinin açılması məsələsinə də toxunub: ""Sülh qovşağı" layihəsi çərçivəsində regional kommunikasiyaların açılması ilə bağlı bütün fikirlərimizi bildirmişik. Bu layihəni istənilən vaxt, o cümlədən Azərbaycanla birlikdə həyata keçirməyə hazırıq. Niyə “o cümlədən Azərbaycanla” deyirəm, çünki bu proje təkcə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasına aid deyil, regional əhəmiyyət kəsb edir".
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan Baş naziri Nikol Paşinyan sülhdə o qədər də maraqlı görünmürdü. Partiya rəhbəri vurğulayıb ki, baş nazir müxtəlif formalarda vaxtı uzatmağa, sülh danışıqlarını yubatmağa çalışırdı:

"Paşinyan müəyyən zaman kəsiyində kənar güclərin müdaxiləsinin nəticə verəcəyini, regiondakı vəziyyətin dəyişəcəyini düşünürdü. Ancaq vəziyyət dəyişdi və İrəvan hökuməti Cənubi Qafqazdakı reallıqların fərqinə varmağa başladı, daha doğrusu, başqa çıxış yolunun olmadığını dərk etdi. Anladı ki, vaxtı uzatmağın mənası yoxdur və yubanma ilk növbədə Ermənistanın özünə ziyandır. Daha sonra bu reallıqları erməni ictimaiyyətinə də izah etməyə başladı. Bəyan etdi ki, Azərbaycanla sülh sazişi nə qədər tez imzalanarsa, ermənilər üçün bir o qədər faydalı olacaq. Bunun alternativinin uduzacaqları müharibə olduğunu anlatmağa çalışdı. Paşinyanın sonuncu açıqlamaları da göstərir ki, hökumət erməni toplumunu da yeganə variantın sülh olduğuna inandıra bilib. İrəvan hakimiyyəti Bakı ilə sülhə hazır olduğunu bəyan edir. Sülhə əngəl görünmür. Paşinyanın xətti ondan ibarətdir ki, sülh müqaviləsi yaxın vaxtlarda imzalansın".
A.Nağı vurğulayıb ki, Ermənistan daxilində, o cümlədən kənarda buna mane olmaq istəyən qüvvələr var: "Qorxurlar ki, sülh sazişinin imzalanması onların hakimiyyətə gəlişinin önünü birdəfəlik kəsəcək. Fərqindədirlər ki, Paşinyan hakimiyyətinin möhkəmlənməsi və sülh müqaviləsinin imzalanması revanşistlərin, Koçaryan-Sarkisyan cütlüyünün siyasi səhnədən çıxması deməkdir. Bu həm də, erməni kilsəsinin öz rolunu itirməsi deməkdir. Kilsə hər zaman Ermənistanda hakim mövqedə olub. Ona görə də son müqavimətlərini göstərirlər. Xaricdəki müəyyən qüvvələr, o cümlədən Rusiya da Ermənistan daxilində qarışıqlıq olmasında maraqlıdır. Amma ümumən görünən odur ki, Paşinyan hökuməti xaricdən və daxildən olan təzyiqləri zərərsizləşdirməyə qadirdir. Onun sülhə doğru gedəcəyi və yaxın aylarda çərçivə sənədinin imzalanacağı ehtimalı böyükdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual