“Boşanma hallarının sayı gündən-günə artır. Tək yanvar-fevral aylarında gün ərzində boşanma sayı 50-nin üstündə olub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, bu, SOS siqnalıdır: “Bizdə vətəndaş nikahı yoxdur, daha çox rəsmi nikahlardır. Bir çox halda vətəndaşlar bir-birini tanımadan tövsiyə əsasında evlənir. Komitə bununla bağlı maarifləndirmə tədbiri, ciddi bir pilot layihəsi keçirə bilər. Cütlüklər bir araya gələrək ailə institutu haqqında maariflənər, ailə qurduqdan sonra hansı məsuliyyətlər, öhdəliklər yaranır, öyrənər, həmçinin, bir-birini yaxından tanıyarlar. Hətta sonda sertifikat da verilə bilər ki, artıq nikaha daxil olsunlar. Bununla bağlı addım atılarsa, gələcəkdə bəhrəsini vermiş olar”.