Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə nümayəndəmiz tərəfindən müvafiq tibb müəssisəsinə yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.
Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.