Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 6 ayında əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 26,1 mini ambulator, 13,8 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd edilib ki, bu ilin yanvar-iyun aylarında əlilliyi olan 7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib.