Göygöldə restoranda kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Göygöldə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Toğanalı kəndindəki restoranların birində qeydə alınıb.

Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.

Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb.

Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.

***
Göygöldə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Belə ki restoranda bir neçə nəfər zəhərlənib. Əraziyə təcilli tibbi yardım briqadaları cəlb olunub.