Qadınların narkokuryer kimi fəaliyyət göstərməsinin səbəbi... -Sosioloqdan tükürpədən açıqlama

Ağsu Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Son vaxtlar narkokuryerlərin sayı durmadan artır. Hətta, onların əksəriyyəti qadınlardır. Bəs buna səbəb nədir? Həmin şəxslərə qarşı hansı tədbirlər görülməlidir?                                                                                                                      

Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən Sosioloq Mətanət Məmmədova deyib ki, son dövrlər ölkədə narkomaniya ilə bağlı çox ciddi addımların atıldığının şahidi oluruq:

''Buna baxmayaraq, yenə bu kimi hadisələrlə rastlaşırıq. Əslində bütün dünyada vəziyyət bu cürdür. Narkotik vasitələrin daşınması üçün qadınların seçilməsinə səbəb onların diqqəti daha az cəlb etməsidir. Ona görə də bu işin başında duranlar qadınları daha çox cəlb edirlər. Təbii ki, ağılı başında olan qadın heç vaxt tora düşmür. Əslində, bunun özü də qadınların zorakılığa məruz qalması deməkdir. Narkokuryerlərə qarşı adiyatı qurumlar tərəfindən ciddi cəza tədbirləri görülməlidir. Qanunvericilikdə narokotik vasitələrin daşınması ilə bağlı maddələr var və bu işlə məşğul olanların hamısına eyni cəzalar verilir. Fikrimcə, həmin cəzalar daha da sərtləşdirilməlidir. Xüsusi ilə qadınların narkokuryer kimi fəaliyyət göstərməsini şiddətlə qınayıram. Çünki qadın anadır və onun kiməsə satdığı narkotik sabah övladının gələcəyini məhv edə bilər. Hər birimiz sağlam gələcəyimiz üçün narkomaniya ilə mübarizə aparmalıyıq. Günümüzdə elə analar var ki, oğlunu narkotik asılılığdan qurtarmağa görə, öz nişan üzüyünü satır. Belə olduğu təqdirdə bir qadın həmcinsinin dərdinə necə biganə yanaşa bilər? Ona görə də həmin qadına ciddi cəza verilməlidir".