Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar 3 ay ərzində elektrik və təbii qaz qiymətlərində artım olmayacağını açıqlayıb.
Sherg.az xəbər verir ki, Bayraktar deyib: "Aztəminatlı ev təsərrüfatlarına enerji dəstəyi davam edəcək. Yeni ilə qədər ümumi tariflərdə artım olmayacaq. Yeni dəstək modeli 2025-ci ildə başlayacaq. Elektrik istehlakı yüksək olanlara daha az dəstək olacaq".
Nazir bildirib ki, Qara dəniz qazının gündəlik hasilatı 6 milyon kubmetrə çatıb və 3 şirkət Qara dəniz qazına ortaq maraq göstərir.
Nazir Alparslan Bayraktar Türkiyənin neft və təbii qazdan xarici asılılığının azaldılması istiqamətində səylərin sürətləndirildiyini vurğulayıb.
O, dövlət və özəl şirkətlərin gündəlik neft hasilatının təqribən 110 min barrelə çatdığını bildirib.