Minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.