Vüqar Tofiqli: "Bələdiyyələrin inkişafına dövlət dəstəyi fondu" yaradılsın -TƏKLİF
13:13 18.11.2024
Sosial
719
Növbəti il dövlət büdcəsindən bələdiyyələrə cəmi 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılır.
Bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, bu vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə və su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, büdcədən bələdiyyələrin fəaliyyətinə vəsaitin ayrılması dövlətin bələdiyyələrə göstərdiyi diqqətin bariz nümunəsidir:
"Həmin vəsaitin həcmində ildən-ilə artımlar müşahidə olunur. Lakin prossesin icrası ilə bağlı bəzi nüanslarda şəffaflıq təmin edilmir. Məsələn, subvensiya üçün 1.6 milyon ayrılıb. Son bir neçə ildir ki, bələdiyyələrə subvensiya layihələrinin icrası üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır.
Lakin təəssüf edirəm ki, bu günədək subvensiya layihələrinin təşkili üçün şəffaflıq təmin edilmir. Hətta maraqlı məqam ondadır ki, bununla bağlı sentyabr ayının 18-dən ünvanladığımız sorğu məktubuna Maliyyə nazilıriyi hələ də cavab verməyə tələsmir. Bütün hallarda, məqsədimiz odur ki, proses qanunamüvafiq şəkildə həyata keçirilsin. Bu gün ilk olaraq bələdiyyələrə layihələrin hansı şəkildə yazılması və icra olunması ilə əlaqədar təlimlər keçirilməlidir.
Çünki bununla əlaqədar bələdiyyələrin əksəriyyəti məlumatsızdılar. Təklif edirəm ki, dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiya və subvesiya layihələrinin bir mərkəzdən idarə edilməsi üçün "Bələdiyyələrin inkişafına dövlət dəstəyi fondu" yaradılsın. Həmin vəsaitdə məhz dəstək fondunun xətti ilə bələdiyyələrə verilsin. Bir növ QHT-lərə Dövlət Dəstək Agentliyinin təcrübəsindən yararlanaraq prossesin təşkili də məhz həmin fonda tapşırılsın. Bununla da şəffaflıq təmin olunacaq. Həmçinin, vətandaşlar, seçicilər prossesin hansı formada həyata keçirildiyindən xəbardar olacaqlar.
Əlavə olaraq Azərbaycanda bir çox bələdiyyələr var ki, onlara dotasiya ayrılması o qədər də vacib deyil. Çünki büdcə gəlirləri problemlərinin həllinə imkan verir. Bunun üçün də həmin məbləğ onlara deyil, maliyyə çətinliyi və kifayət qədər DSMF borcu olan bələdiyyələrə verilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya